Loading

четверг, 30 июня 2011 г.

Narbekovas: "Qarabağ" bizə futbol oynamağı göstərdi"


"İlk üç qol elə alındı ki, onlara heç nə etmək olmazdı"
"Təəccübləndim, nə qədər futbol oynamaq, ötürmə, hərəkət etmək olar. Əgər ilk 16 dəqiqədə pis oynamadıqsa, gözlənilməz qoldan sonra demək olar ki, oyunumuz alınmadı. Bir sözlə, "Qarabağ" bizə futbolu necə oynamağı, ötürməni necə verməyi, meydanda necə hərəkət etməyi göstərdi". Premyerliqa.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Banqa" klubunun baş məşqçisi Arminas Narbekovas deyib.Daha sonra litvalı çalışdırıcı komandasının qollardan təsirləndiyini və ilk 3 qolun qarşısını hec cür ala bilmədiklərini sözlərinə əlavə edib:

"Gənc oyunçularımız qoldan sonra özlərinə gələ bilmədilər. Biz topsuz çox hərəkət etməli olurduq və bu üzdən rəqibdən daha tez yorulduq. İlk üç qol elə alındı ki, onlara heç nə etmək olmazdı".

http://www.premyerliqa.az/

Vusal Gozelov Ata oldu









Ailəsinə və vətəninə layiqli övlad kimi böyüsün!
Dünən Stadium.Az ailəsində xoşbəxt hadisə baş verib. Belə ki, saytın baş redaktoru Vüsal Gözəlov ata olub.
Premyerliqa.az saytının kollektivi adından Vüsal bəyi oğlunun dünya gəlməsi münasibətiylə təbrik edirik.
Yeni dünyaya gələn Ümid atasının - ailəsinin ümidlərini həmişə çin etsin. Ailəsinə və vətəninə layiqli övlad kimi böyüsün!
Bir daha Vüsal bəyi ata olması münasibətiylə təbrik edirik!

http://www.premyerliqa.az/


«Qarabağ» Avropadakı qələbələrin sayına görə «Neftçi»ni geridə qoydu


Litva «Banqa»sı üzərindəki bugünkü uğur «Qarabağ»ın Avropa kuboklarındakı sayca səkkizinci qələbəsi olub.
Qol.Az xəbər verir ki, bununla da Ağdam təmsilçisi qələbə sayına görə «Neftçi»ni geridə qoyub.
Qeyd edək ki, «Qarabağ»ın səkkiz qələbəsinin hamısı Avroliqada yarışlarında olub.
«Qarabağ» - «Rusenborq» (Norveç) - 1:0, 2009
«Honka» (Finlandiya) - «Qarabağ» - 0:1, 2009
«Qarabağ» - «Honka» - 2:1, 2009
«Qarabağ» - «Metallurq» (Makedoniya) - 4:1, 2010
«Portadaun» (Şimali İrlandiya) - «Qarabağ» - 1:2, 2010
«Visla» (Polşa) - «Qarabağ» - 0:1, 2010
«Qarabağ» - Visla» - 3:2, 2010
«Banqa» (Litva) - «Qarabağ» - 0:4, 2011

Aleks Ferqyuson universitetin fəxri doktoru oldu


İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Aleks Ferqyuson Stirlinq Universitetinin doktoru olub.

Qol.Az-ın məlumatına görə, 70 yaşlı mütəxəssis belə şərəfli dərəcəyə idmançının inkişafındakı xidmətləri və parlaq nailiyyətləri qarşılığında layiq görülüb.
Təntənəli mərasimdə şotlandiyalı baş məşqçi universitetin gənc məzunlarını digər məşhur mankunianlar – Bobbi Çarlton və Mett Basbidən nümunə götürməyə çağırıb.

http://www.qol.az/

Kəmaləddin Heydərov: Əminəm ki, bu turnir ölkəmizdə taekvondonun inkişafına yeni impuls verəcək


Bu gün Bakıda start götürən, 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən taekvondo üzrə dünya təsnifat turnirinin rəsmi açılış mərasimi olub. Apasport.az saytının məlumatına görə, yarışların təşkil edildiyi “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan mərasimdə Dünya Taekvondo Federasiyasının (DTF) prezidenti Çunq Von Ço, Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimi yarışda iştirak edən ölkələrin bayraqlarının və hakimlərin zala dəvət olunması ilə başlayıb. Səhnəyə dəvət olunan Ço hamını salamladıqdan sonra Bakının belə məsul turnirə ev sahibliyindən razılığını bildirib: “Siz möhtəşəm iş görmüsünüz. Bu yarışa ev sahibi edən və onu möhtəşəm keçirən Təşkilat Komitəsinə minnətdarlığımı bildirir, idmançılara uğurlar arzlulayıram”.

Tədbirdə edən Heydərov Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də tərəqqi olduğunu vurğulayıb: “Ölkəmizdə idmanın inkişafının bünövrəsi möhtərəm prezidentimiz Heydər Əliyev tərəfindən qoyulub. Bunun nəticəsi olaraq son illərdə idmanda köklü inkişaf müşahidə olunmaqdadır. Sevindirici haldır ki, bu yolu uğurla davam etdirən hazırkı ölkə başçımız İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iş nəticəsində Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilib. Bu mütərəqqi siyasətin nəticəsidir ki, azərbaycanlı idmançılar beynəlxalq yarışlarda uğurlara imza atır, ölkəmizin idman şərəfini uca tuturlar”.

İdman növləri arasında taekvondonun öz yeri olduğu deyən ATF prezidenti bu idman növünün azarkeşlərin sevimlisinə çevrildiyini bildirib: “Məhz bunun nəticəsidir ki, taekvondo ölkəmizdə bu qədər populyarlaşıb, gənclər arasında ona bu qədər maraq yaranıb. Bakıda bir sıra mötəbər yarışları uğurlu təşkil etdiyimizə görə London Olimpiadasına vəsiqə verən lisenziya turniri keçirmək bizə etibar olundu. Əminəm ki, bu yarışın Azərbaycanın keçirilməsi ölkəmizə takevondonun inkişafına yeni impuls verəcək. Yarışı keçirməyə bizə etibar etdiklərinə Dünya Taekvondo Federasiyası, şəxsən onun prezidenti cənab Çunq Von Çoya minnətdarlıq edirəm. Bir daha yarış iştirakçılarını salamlayır, onlara məsul yarışda uğurlar arzulayıram”.

Gənclər və idman naziri Rəhimov da idmanın inkişafından, turnirin əhəmiyyətindən danışıb. O, Azərbaycanın taekvondoda London Olimpiadasına ilk lisenziya qazandığını xüsusi qeyd edərək, digər idmançılara da uğurlar arzulayıb.

Açılış mərasimin sonunda Ço Heydərov və Rəhimova xatirə hədiyyələri təqdim edib. Öz növbəsində Heydərov DTF prezidentinə ATF-in xatirə hədiyyələri və diplomlarını verib. Daha sonra idmançılar və hakimlər and içiblər. Mərasim Heydərovun yarışı açıq elan etməsi və Azərbaycan dövlət himninin səslənməsi ilə bitib.

Qeyd edək ki, 8 çəki dərəcəsi üzrə keçirilən turnirdə 109 ölkədən 345 taekvondoçu qüvvəsini sınayır. İyulun 3-ə kimi davam edəcək yarışda yalnız ilk “3-lük”də qərarlaşan idmançılar lisenziya qazanacaqlar. Azərbaycanı bu mötəbər turnirdə Elvin Məmmədov (68 kq), Ramin Əzizov (80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edirlər. Yarışda London-2012-yə ilk 3 yeri tutacaq taekvondoçular vəsiqə qazanacaqlar. F. Əzizova artıq lisenziyanı təmin edib.

http://www.apasport.az/

”Xəzər Lənkəran”a yeni idman direktoru təyin edildi

“Xəzər Lənkəran” Futbol Klubuna yeni idman direktoru təyin edildi. Bundan sonra komandamızın aşağı yaş qruplarına rəhbərliyi türkiyəli mütəxəssis Cüneyt Biçər həyata keçirəcək.
 
35 yaşı olan gənc mütəxəssis "Pazarspor", "Muğlaspor" və "Bucaspor İzmir" klublarında çalışıb. Çalışdırcının son iş yeri isə Türkiyənin “Altay” Futbol Klubu olub. Geridəqalan mövsümdə Biçər orada baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
 
Məşqçinin artıq ölkəmizdə iş təcrübəsi olduğunu da qeyd edək. Belə ki, o, “Bakı” Futbol Klubunda uşaq-yeniyetmə komandalarının baş koordinatorunun köməkçisi və həmçinin bir müddət baş məşqçi vəzifəsində işləyib.
 
"Xəzər Lənkəran"la Cüneyt Biçər arasında iki illik müqavilə imzalanıb. 
 

Millimiz AÇ-nin seçmə mərhələsində iştirak edəcək


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyulun 18-dən 25-dək İtaliyanın Ravenna şəhərində keçiriləcək EBSL 2011 Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək.
http://www.affa.az/

"Neftçi"nin oyununu fransız hakim idarə edəcək



"Neftçi" PFK-nın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə iyulun 13-də keçirəcəyi oyununun baş hakimi müəyyənləşib. Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq görüş fransız referi Antoni Qotyeyə tapşırılıb. 34 yaşlı hakimin köməkçiləri hələ ki məlum deyil.

Qeyd edək ki, "Maksimir" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

2 Region kuboku Gence Regionu

AFFA və Regional Futbol Federasiyaları İctimai Birliyinin birgə təşkil etdiyi II Region kuboku turnirində Gəncə  regionu üzrə oyunların nəticəsini diqqətinizə çatdırırıq:
VII tur
TİM – UGİM Göygöl 1:6
Kəpəz UGİM-2 – F.T Gimnaziya 2:0
Qoşqar – Çinar 0:6
Beləliklə, bu nəticələrdən sonra Göygöl şəhərinin UGİM Göygöl və Gəncə şəhərinin Kəpəz UGİM-2 komandası final mərhələsinə vəsiqə qazanıb.

http://www.affa.az/

Yobo Fənərbaxçada qalacaq!


Yobo Fənərbaxçada qalacaq! Fənərbaxçanın keçən mövsüm icarə olaraq heyətinə qatdığı futbolçu Yobonun Fənərdə qalacağı açıqlandı. Fənərbaxçanın keçən mövsüm premyer liqa təmsilçilərindən olan Evertondan icarəyə götürdüyü nigeriyalı futbolçu Jozef Yobonu artıq tam olaraq transfer etməyə çox yaxındır. Verilən xəbərə görə, tərəflər arasında transfer barəsində razılıq əldə olunub. Fənərbaxça rəhbərliyi Yobonu heyətinə qatmaq üçün Evertona 4.5 milyon avro ödəyəcək. Yaxın zamanlarda, futbolçu ilə rəsmi müqavilənin imzalanacağı da çıxan xəbərlər arasındadır.

http://www.idmantv.az/

Fəridə Əzizova London Olimpiadasına vəsiqə qazandı.


Dunen Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turniri start götürüb. "Sərhədçi" Olimpiya Mərkəzində keçiriləcək bu mötəbər yarışın ilk günündə Azərbaycan milli komandasının 4 üzvündən yalnız Fəridə Əzizova (67 kq) tatamiyə çıxıb. Digər taekvondoçularımız - Elvin Məmmədov (68 kq) sabah, Ramin Əzizov (80 kq) iyulun 2-də nəyə qadir olduğunu nümayiş etdirəcək. Turnirin son günü – iyulun 3-də isə Günay Ağakişiyeva (57 kq) mübarizəyə qoşulacaq. Fəridə Əzizova (67 kq) ilk mərhələdə Franka Aniçlə (Slovakiya) üz-üzə gəlib. I raundda bərabər mübarizə getsə də, dəqiqələr ötdükcə həmyerlimiz üstünlüyü ələ alıb. Bunun nəticəsi olaraq, II raundun fasiləsinə 2:0 hesablı üstünlüklə yollanan Əzizova son hissədə rəqibin hücuma keçməsindən maksimum yararlanıb. Əks-hücum taktikasını seçən Fəridə sonda 5:0 hesablı qələbə qazanıb. Onun növbəti döyüşdə rəqibi amerikalı Peyc Makferson olub. Qarşılıqlı hücumlar şəraitində keçən döyüşün ilk raundu Əzizovanın üstünlüyü ilə bitib – 1:0. Növbəti raundda taekvondoçular xal qazana bilməsələr də, son hissədə həmyerlimiz aktivinə daha 1 xal yazaraq rəqibini 2:0 hesabı ilə məğlub edib. Nəticədə 1/4 finala vəsiqə qazanan təmsilçimiz yarımfinala yüksəlmək uğrunda kanadalı Karen Serdjeli ilə döyüşüb. Bərabər səviyyədə keçən görüşün ilk 2 raundu heç-heçə başa çatıb. Lakin son raundda təşəbbüsü əla alan taekvondoçumuz rəqibindən 1 xal alıb və yarımfinala vəsiqə qazanıb. Onun London-2012-yə lisenziya qazanması üçün cəmi 1 qarşılaşmada qələbə qazanması yetrəli idi. Fəridənin finala gedən yolda rəqibi isveçli Elin Yohanson oldu. Rəqibi üzərində inamlı qələbə qazanan (4:0) Əzizova həm finala, həm də London Olimpiadasına vəsiqə qazanıb. Bununla da Fəridə gələn il ingiltərə paytaxtında keçiriləcək məsul turnirdə çıxış etmək hüququ qazanan 2-ci təmsilçimiz oldu. Buna qədər milliləşdirilən belaruslu atletimiz Dmitri Marşin Minskdəki beynəlxalq turnirdə 3-cü yeri tutmaqla, bu hüquqa yiyələnmişdir. Qeyd edək ki, 8 çəki dərəcəsi üzrə keçirilən turnirdə 109 ölkədən 345 taekvondoçu qüvvəsini sınayır. İyulun 3-ə kimi davam edəcək yarışda yalnız ilk “3-lük”də qərarlaşan idmançılar lisenziya qazanacaqlar.

http://www.idmantv.az/

Chelsea ve Barselona nede razilig geldiler!?

Chelsea ve Barselona razilig geldiler ki,Barselonanin etirmesi Chelsea kecsin!.
Chelsea Gayela Etoka Futbolcyunu elde edti,hansikini Barselonada gelecey ulduzu adlandirirdilar Etoka Chelsea Futbol klubuynan 4 illik mugavile bagliyacaq. 17-yashli futbolcyu 12 yashinda Avropaya Kamerunnan gelib,Gelen hefte Ekotanin 18 yashi tamam olacaq, ve o resmi olarag Chelsea futbol,klubuna kececek. Gelen movsyum hyucumcyu Portugaliyanin Sporting komandasinda icaree hesabina ishtirak edecek.

http://www.championat.ru/

Qurban Qurbanov: "Əla nəticədir"


Avroliqanın ilkin mərhələsində səfərdə «Banqa»yla narşılaşan «Qarabağ», rəqibini dörd cavabsız qola məğlub etdi. Oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov görüş barədə bunları söyləyib: "Çox maraqlı oyun oldu. Qalib gəldiyimiz üçün şadam. Təbii ki, səfərdə 4:0 hesablı qələbə qazanmaq əla nəticədir. Bu gün Narbekovasla görüşdüyüm üçün çox sevindim. Mən onu SSRİ dövründə televiziyadan görmüşdüm. Deməzdim ki, "Banqa" zəif rəqibdir. Onların çox gözəl azarkeşləri var. Hansı ki, komandalarını sonadək dəstəklədilər. Bu komandada perspektivli futbolçular da çıxış edir. Biz Bakıdakı oyuna ciddi yanaşacağıq».

http://www.stadium.az/

“Beşiktaş” Nihatla vidalaşdı


“Beşiktaş” Nihat Kahveci ilə yollarını ayırıb. İstanbul klubu futbolçunun müqaviləsini qarşılıqlı anlaşma şəraitində pozub.
Nihat bu gün “Beşiktaş”ın prezidenti Yıldırım Demirörenlə görüşərək, vidalaşıb. Demirören futbolçuya təşəkkür edib və uğurlar arzulayıb. Nihat da bu günə qədər ona dəstək verən “Beşiktaş”ın prezidentinə minnətdarlıq edib və kluba uğur diləyib.
Türkiyə mətbuatına açıqlama verən Nihat “Beşiktaş” azarkeşlərinə təşşəkkür edib, klubdan ayrılmasının səbəbləri barədə danışıb: “Hər kəsə, xüsusən də azarkeşlərə təşəkkür edirəm. Yaxşı oynamasam da, mənə dəstək verdilər. Tək üzüntüm onların dəstəyinin qarşılığını oyunumla verə bilməməyim oldu. Kimsədən inciməmişəm. Hər kəsə haqqımı halal edirəm. “Beşiktaş”dan ayrılmağımın səbəbi nə meydanda etdiyim dava, nə də meydandan kənarda jurnalistlə aramdakı qalmaqal deyil. Gəldiyim gündən bəri tənqid edildim. Məndən gözlənilən oyunu sərgiləyə bilmədiyim üçün belə bir qərar qəbul olundu. İndiyədək oynadığım klublarda başarlı çıxış edib, müqaviləmi bitirdim. Amma “Beşiktaş”a ikinci dönüşümdə istədiyim oyunu sərgiləyə bilmədim”.
Nihat karyerası haqqında da danışıb: “İnşallah, yenidən İspaniyada oynayaram. 8 il bu ölkədə çıxış etmişəm. Buna görə də yenidən İspaniyaya dönmək şanasım çoxdu. Amma bizim işdə zəmanət olmur. Hədəfim xarici klubda oynamaqdı. Bu ölkə İspaniya olsa, həm mənim üçün, həm də məni sevənlər üçün daha yaxşı olar”.

http://www.fanat.az/
http://www.asport.az/

`Banga` 0-4 `Qarabağ`: Tarixin ən böyükhesablı qələbəsi..


17 deige Reshad Sadiqovun goluyla Qarabagh klubu ireli cixir 0-1
33 deigede Vugar Nadirovun cox gozel goluyla Qarabagh hesabi artirir 0-2
68` - QOLLLLLLLLLL !!! Vüqar Nadirov özünün 2-ci komandamızın isə 3-cü qolunu vurdu.. 
84` - QOLLLLL !!! Bəxtiyar ilk görüşündə qol vura bildi.

90+3 – Və oyun başa çatdı. `Qarabağ`ımız 4:0-lıq qələbəylə vətənə qayıdır

Azarkeşlər komandamızı ayaqda alqışladılar...
Oyun komandamızın gözəl, məzmunlu oyunu və layiqli qələbəsi ilə başa çatdı.


http://www.qarabagh.com/


Azal-Minsk 1-1



3 deggede Azalin hyucumu,Minskin gapici topu tudtu. 
11 deigede Minsk gol vurdu Azalin gapisinnan topu 2 nomreli futbolcyu Igor Voronkov kecirdti 0-1/
14 deggede Azal hesabi bereberleshdi Minsk gapisinnan topu 17 nomreli futbolcyu Viktor Igbekov kecirditi 1-1.
28 deggede Azal Minskin gapisina yol tapsa da,amma Bash hakim oyuunnan kenar veziyete gore golu geyde almiyib.
32 deigede Minskin tehlukeli cerme zerbesinnen sonra,top gapi direine deidi.
65 deigede Azerkeshlerden biri meydana top atarag meydanda 2 top oldu.
xeber http://www.sport-evrovision.blogspot.com/
foto http://www.azerisport.com/

вторник, 28 июня 2011 г.

Litvada `Qarabağ`a maraq böyükdür...


Bir gün öncə axşam saatlarında Litvanın Klaypeda şəhərinə çatan `Qarabağ` Futbol Komandası `Amberton` otelində məskunlaşdı. Oyunun süni meydançada olacağına baxmayaraq baş məşqçimiz Qurban Qurbanovun istəyi ilə təbii örtüklü Klaipeda mərkəzi arenası icarəyə  götürülərək komandamızın sərəncamına verildi. Yerli vaxtla 14:30-da başlayan məşq 1 saat 15 dəqiqə davam etdi. Yüngül isinmə hərəkətləri ilə məşqə başlayan komanda əsasən toplu hərəkətlərlə məşqi davam etdirdilər. Yerli mətbuatın da iştirak etdiyi məşq yüksək əhval-ruhiyyədə başa çatdı. Baş məşqçimiz Qurban Qurbanov yerli mətbuatın istəklərini nəzərə alaraq bir neçə mətbuat orqanına ayrı-ayrılıqda müsahibələr verərək komandamızın durumunu və rəqib haqqında fikirlərini verdi. Sabah komandamız oyun öncəsi məşq üçün yerli vaxtla saat 17:30-da oyunun olacağı stadionda məşq edəcək, daha sonra mətbuat konfransı keçiriləcəkdir. Bütün deyilənlərdən xəbər tutmaq üçün saytımızı izləməyi unutmayın...
http://www.qarabagh.com/

Dinamo - Neftçi matçının vaxtı nəhayət ki, dəqiqləşdi


UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Xorvatiyanın “Dinamo” klubu arasındakı ilk oyununun tarixi və başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu görüşün vaxtı ilə bağlı müəyyən anlaşılmazlıq yaranmışdı.
 
Belə ki, hər iki klubun rəsmi saytı püşkatmadan sonra Zaqrebdə keçiriləcək ilk görüşün iyulun 13-də keçiriləcəyini iddia etmişdi. Dünən isə UEFA-dan "Neftçi"yə məktub daxil olmuşdu. Məktubda Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə keçiriləcək "Dinamo" - "Neftçi" oyununun hansı gündə baş tutacağının iyunun 28-də məlum olacağı bildirilmişdi. Qarşılaşmanın başlanma saatının isə iyulun 1-dək dəqiqləşəcəyi qeyd edilirdi.
 
Lakin artıq UEFA söz verdiyi kimi, ilk matçın həm tarixini, həm də başlama saatını dəqiqləşdirib. Bu görüş öncədən də gözlənildiyi kimi, iyulun 13-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti isə 23:00-da veriləcək.
 
Qeyd edək ki, bu komandalar arasındakı Bakıdakı görüş iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Lakin görüşün saat neçədə başlayacağı hələ dəqiqləşməyib.

http://www.azerisport.az/

AFFA ARŞAVİNƏ NƏ BAĞIŞLADI?


Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov hazırda ölkəmizdə səfərdə olan Rusiya milli komandasının və İngiltərənin «Arsenal» klubunun üzvü Andrey Arşavinlə görüşüb. Görüşdə futbolla bağlı maraqlı fikir mübadiləsi aparılıb. Tanınmış futbolçu Azərbaycan fubolunun 100 illik yubileyi münasibətilə ölkəmizin futbol ictimaiyyətini təbrik edərək, xoş arzularını bildirib. E.Məmmədov üzərində Azərbaycan futbolunun 100 illik yubileyini əks etdirən ornamentlər toxunmuş xalçanı A.Arşavinə hədiyyə edib.

http://www.supersport.az/

Almaniyanın Drezden şəhərində futbol üzrə qadınlar arasında dünya çempionatı davam edir.

Almaniyanın Drezden şəhərində futbol üzrə qadınlar arasında dünya çempionatı davam edir. Ötən yarış günü Bi qrupunda iki oyun keçirilib. Yaponiya seçməsi, Yeni Zellandiya futbolçularını 2-1 hesabı ilə məğlub edib. Meksika – İngiltərə komandalarını görüşü isə 1-1 hesabı ilə başa çatıb. 

Ramin Musayev: "Abşeron" dağıldı"

"I divizionda 3-cü pillədən sonrakı yerləri tutan klublara müraciət edəcəyik"
28.06.2011 | 30 dəfə oxunub

 2010-2011-ci il mövsümündə I divizionun qalibi kimi Premyer Liqaya vəsiqə qazanan "Abşeron" klubu dağılıb. Stadium.Az xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev təsdiqləyib.
Musayev bildirib ki, buna sponsorların klubu maliyyələşdirməkdən imtinası səbəb olub. PFL prezidenti Premyer Liqada "Abşeron"u I divizion komandalarından birinin əvəzləyəcəyini söyləyib: "Bildiyiniz kimi, I diviziondan Premyer Liqaya "Abşeron" və "Rəvan" vəsiqə qazanmışdı. "Abşeron"un imtinasından sonra I divizionda 3-cü pillədən sonrakı yerləri tutan klublara müraciət edəcəyik. Hansı klubun imkanları Premyer Liqanın tələblərinə cavab versə, onu da cəlb edəcəyik. Seçim qarşısında qalsaq, I divizionu daha yüksək pillədə bitirən kluba üstünlük verəcəyik".
Öz növbəsində "Abşeron" klubunun prezidenti Yaşar Rüstəmov rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyini söyləyib: "Ola bilsin, klubumuzun idarə heyəti və məşqçiləri dəyişsin. İndi bütün jurnalistlərə ayrı-ayrılıqda cavab vermək imkanım yoxdu. Bu barədə yaxın günlərdə rəsmi açıqlama yayacağıq"

http://www.stadium.az/

Türk futbolçu Fransa klubunda


Fransanın "Tuluza" klubu türk futbolçusunu heyətinə cəlb edib. Stadium.Az-ın məlumatına görə, Fransa təmsilçisi "Trabzonspor"un futbolçusu Umut Bulutu 3,8 milyon avro müqabilində transfer edib. Müqavilənin şərtinə əsasən "Tuluza" klubu 3 il müddətində çempionatda 6-cı pilləyə  yüksəlsə türk klubuna əlavə olaraq 500 min avro ödəyəcək.

http://www.stadium.az/

понедельник, 27 июня 2011 г.

Həmid Altıntop millimizə qarşı oynaya biləcəkmi?


İspaniyanın “Real Madrid” futbol klubu yeni transferi Hamit Altıntopun xidmətlərindən ən azı 3 ay müddətinə məhrum olub.
Qol.Az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, Türkiyə millisinin 28 yaşlı yarımmüdafiəçisi iyunun 27-də onurğa sütunundan əməliyyat olunub. Əməliyyatın uğurlu alınması ilə Altıntopun yaşıl meydanlara qayıdışı sentyabrın sonlarında baş tuta bilər.

Bu isə o deməkdir ki, təcrübəli futbolçu “Real Madrid”in mövsümöncəsi bütün hazırlıq prosesini və İspaniya çempionatında ilk ayı buraxmalı olacaq.

Eyni zamanda, Hamit Altıntop Türkiyə yığmasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 2-də Qazaxıstan, sentyabrın 6-da isə Avstriya ilə keçirəcəyi görüşləri buraxmalı olacaq.

Onun oktyabrın 7-də Almaniya, oktyabrın 11-də isə Azərbaycan millilərinə qarşı oynaması isə sual altına düşüb.

http://www.qol.az/

"Real"dan ayrılmağı qətiyyən düşünmədim"


"Real" (Madrid) klubunun fransalı hücumçusu Kərim Benzema komandasından ayrılmaq niyyətində olmadığını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, ötən mövsümü özü üçün uğurlu hesab edən Benzema daha bir neçə il "Real"da qalmaq istədiyini bildirib:
"Real"dan ayrılmağı qətiyyən düşünmədim. Ümumiyyətlə tez həvəsdən düşən insan deyiləm. Hər futbolçu "Real" çətin anlar yaşaya bilər.

Mən də mövsümün əvvəlində çətinliyə düşsəm də, sonradan özümü toparladım və qollarımı sıralamağa başladım. Bütövlükdə isə ötən mövsümü özüm üçün uğurlu sayıram".
Qeyd edək ki, ötən mövsüm Qonzalo İquainin zədələnmsəsi ilə "Real"ın əsas heyətində yer alan Benzema keçirdiyi görüşlərdə 26 dəfə rəqib qapılarına yol tapmışdı.

http://www.qol.az/

Droqba + 8 milyon = Arda Turan


İngiltərənin "Çelsi" klubu Arda Turanı transfer etməkdə israrlıdı. Stadium.Az xəbər verir ki, "zadəganlar" bunun üçün "Qalatasaray"a Droqba ilə birlikdə 8 milyon avro da verməyə hazırdı. Bu məsələdə Qus Hiddinqin böyük rol oynadığı deyilir. "Sarı qırmızlılar"ın heyətində qalıb-qalmayacağı dəqiqləşməyən Ardanın "Çelsi"yə keçməsi real görünür. Amma Türkiyə millisinin aparıcı üzvü bir neçə ay əvvəl verdiyi müsahibədə "Liverpul" azarkeşi olduğunu demişdi.

http://www.stadium.az/

AZAL - "Minsk" matçına biletlər 2 manata

Biletlər bu gündən satışa çıxarılıb
Bakının AZAL klubunun “Minsk”lə keçirəcəyi oyununun biletlərinin qiyməti açıqlanıb.
Premyerliqa.az xəbər verir ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü üçün biletlər bu gündən satışa çıxarılıb.

İyunun 30-da Şüvəlan qəsəbəsindəki “AZAL” stadionunda təşkil ediləcək qarşılaşmanı canlı izləmək arzusunda olan azarkeşlər üçün biletlərin qiyməti 2 manatdır.

Qeyd edək ki, biletləri stadionun kassalarından və ya klubun ofisindən almaq mümkündür.


http://www.premyerliqa.az/

Sumqayıta 4 ulduzlu stadion

Stadion süni örtüklü olacaq
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu yaxın günlərdə təmirə bağlanacaq. 
Premyerliqa.az xəbər verir ki, arenada bərpa işlərinə iyul ayının ilk həftəsində start veriləcək.
4 ulduzlu olması nəzərdə tutulan süni örtüklü stadionun örtüyü Hollandiyadan gətiriləcək. Arenanın azarkeş tutumu isə əvvəlcədən deyildiyi kimi 30 min yox, 12 min nəfər olacaq.

http://www.premyerliqa.az/

Azalin gencler ibaret futbolcu Elvin Ekberovun Musahibesi

Futbola gelishiniz nece olub? 
Futbola hevesim cox idi.Hemiwe getmek istiyirdim.Amma Azerbaycan-Ispaniya oyunundan sora futbola gelmek istedim
ilk meshgiciviz kim olub?
Ramiz mellim.Ismet Qayibov adina stadionda.Ilk komandamda Neftci Ism komandasi olub
 Taninmish futbolculardan kimi beyenirsen?
Hec bir futbolcu
Musahibe verdiyivize gore cox sagulun!Ugurlar Size! ve sonuncu sual,En boyuk arzuvuz nedir?
En boyuk arzum odur ki,mewhur ve prespektivli futbolcu olmaq.

Gadinlar uzre voleybol yigmamiz Gubada!

Gadinlar uzre,voleybol yigma komandamiz,Gubada telim meshg toplanishadir.

Şirvan voleybol klubu fəaliyyətini dayandırır?



Bizə çatan məlumata görə,  respublikamızın qadın voleybol "Şirvan"  klubu öz fəaliyyətini dayandırır.Çox güman ki, komandanın əksər üzvləri çıxışlarını ölkəmizin digər qadın voleybol klublarında davam edəcək.

воскресенье, 26 июня 2011 г.

Rövnəq Abdullayev Milanın “İnter” klubunun prezidenti ilə görüşüb


Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev İtaliyanın məşhur neft sahibkarı, “Saras S.p.A” korporasiyasının sahibi, Milanın “İnternasionale” futbol klubunun prezidenti Massimo Moratti və onu müşayiət edən şəxslərlə görüşüb.
Massimo Morattini qiyabi olaraq çoxdan tanıdığını söyləyən Rövnəq Abdullayev onunla şəxsən tanış olmaqdan məmnunluğunu bildirib: “Bizim hər ikimizi həm neft işi, həm də futbol bağlayır. Azərbaycana xoş gəlmisiniz!”. Moratti Azərbaycanda ilk dəfə olduğunu və Bakı ilə tanışlığın onda böyük təəssürat doğurduğunu deyərək paytaxtımızın arxitekturasında qədimlik və müasirlik elementlərinin sıx qovuşduğunu xüsusi qeyd edib: “Bu iki cəhət Bakını fantastik dərəcədə gözəlləşdirir. Mən bundan sonra da Bakını və buradakı dostlarımı görməyə tez-tez gələcəyəm”. Atası Ancelo Moratti tərəfindən yaradılmış “Saras” korporasiyasının sahiblərindən biri olduğunu söyləyən qonaq, bu şirkətin İtaliyada və digər ölkələrdə fəaliyyətindən geniş söz açıb. Görüşün sonunda ARDNŞ-in və AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Saras S.p.A” korporasiyasının sahibi, Milanın “İnternasionale” futbol klubunun prezidenti Massimo Moratti bir-birinə xatirə hədiyyələri təqdim edib.

http://www.sonxeber.az/

Krasnodar hucumcusu Pikushak zedelendi

Krasnodar hucumcusu Igor Pikushak meshg vaxti zedelendi. Hekimler Moldovali hucumcyunun,sol ayagina gips goydular,hansi ki 1 aydan sonra cixarilmalidir. Sportbox.ru xeber verir. Indiki movsumde Russiya cempionatina Pikushak 10 oyun kecirdti ve 3 gol vurdu.
http://www.championat.ru/

Lippi yığmaya qayıtmaq istəyir


Məşhur italyan məşqçi Marçello Lippi işsizlikdən bezib. Olimpiya.az-ın məlumatına görə, 2010-ci il dünya çempionatında İtaliya yığmasını qrupdan çıxara bilməyəndən bəri heç bir yerdə çalışmayan mütəxəssis ürəyini TG1-ə boşaldıb: “Daha bir qışı işsiz keçirmək istəmirəm. Mütləq məşqçiliyə qayıdacağam. İstərdim ki, yenidən İtaliya milli komandasının çalışdırıb, yığmanı 2014-cü il dünya çempionatına aparım”.

http://www.olimpiya.az/

Andrey Arşavin Azərbaycana gəldi


Hazırda məzuniyyətdə olan Rusiya milli komandasının və Londonun «Arsenal» klubunun futbolçusu Andrey Arşavin bu gün səhər Azərbaycana gəlib.
Qol.Az-ın əldə etdiyi məlumata görə, bir neçə günlüyə Azərbaycana təşrif buyuran futbolçunun Bakı ilə yanaşı ölkəmizin dağlıq rayonlarından birində istirahətdə olacağı gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl Arşavin özü də Azərbaycandakı dostlarının onu Bakıya dəvət etdiyini və 2-3 günlyünə ölkəmizdə olacağını bildirmişdi.

Robinyo Azərbaycana gələ bilər


Avstriyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın hazırlıq prosesi çərçivəsində keçiridiyi ilk oyunu izləyənlər arasında Braziliya yığması və "Milan"ın hücumçusu Robinyonun meneceri Jaun Santos da olub.
Braziliyalı Santos Robinyonun karyerasını Azərbaycanda davam etdirməsi mümkünlüyündən danışıb: "İndi onun 27 yaşı var. İtaliyada, "Milan" kimi dünya şöhrətli bir klubda oynayır. Vaxtilə Madrid "Real"ında, "Mançester Siti"də forma geyinib.
Robinyonun hələlik komandasını dəyişmək fikri yoxdu. Amma 6-7 ildən sonra Azərbaycanda oynaması mümkündü. Əgər həmin vaxt supertəklif olarsa, Robinyonu ölkənizə gətirərəm"
http://www.stadium.az/

Keti Radzuweit Rabite Voleybol klubuynan,mugavile bagliyib



Almaniya igmasinin merkez blog oyuncyusu Keti Radzuweit Azerbaycan cempionu, 2011 chempionlar ligasinin finalcisi Rabite klubuynan mugavile imzaliyib.

Kecen movsum Radzuweit Berlinin Olimpiyu komandasinda oiniyirdi. 2003 ilde O Avropa cempionatinin en gyuclyu blog oyuncyu adini gazanmishdi.

http://www.sbvolley.ru/

AZAL-da bosniyalı müdafiəçi


Azərbaycanı Avropa Liqasında təmsil edəcək AZAL klubunun düşərgəsinə daha bir legioner dəvət edilib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu, son mövsüm “Sarayevo”nun heyətində Bosniya və Herseqovina çempionatının gümüş medalını qazanan serbiyalı Branislav Arseniyeviçdir.

Sağ cinah müdafiəçisi mövqeyində oynayan 28 yaşlı Arseniyeviç ötən yay “Sarayevo”ya transfer olunub. O, 26 çempionat oyununda 5 qola imza atmaqla mövsümün ən yaxşı müdafiəçisi adını qazanıb.

Qeyd edək ki, Arsenijeviç baxışdan uğurla keçsə, AZAL-ın iştirak ərizəsinə daxil edilə bilər.

http://www.qol.az/

Bundesliqa klubu ilə heç-heçə

Avstriyanın Fulpmes şəhərciyində hazırlığını davam etdirən "Xəzər Lənkəran" iyunun 25-də Almaniyanın II Bundesliqa təmsilçisi “Dinamo” (Drezden) komandası ilə ilk yoxlama oyununa çıxıb. Qol.Az-ın Lənkəran təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Neustift şəhərciyindəki meydanda keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Azərbaycan Kubokunun sahibinin start heyətində bu futbolçular yer alıb:
Kamal Bayramov, Elnur Allahverdiyev (k), Manuel Skarlatake, Elvin Beqiri, Rahid Əmirquliyev, Elnur Abdullayev, Katalin Doman, Dieqo Souza, Andrey Mureşan, Onofranş və baxışda olan futbolçu (klubla müqavilə bağlanmadığından adı açıqlanmır).

İlk dəqiqələrdən topa sahib olan “Xəzər Lənkəran” ilk 15 dəqiqə ərzində ərazi üstünlüyünü də ələ keçirərək tək toxunuşlu ötürmələrlə rəqibindən üstün oyun sərgiləyib. 15-ci dəqiqədə baxışda olan futbolçunun qüvvətli zərbəsini rəqib qapıçı çətinliklə kornerə çıxarıb. "Xəzərə Lənkəran"lı futbolçuların bir-biri ilə yaxşı anlaşması sayəsində Bundesliqa təmsilçisi demək olar ki, bir dəfə də olsun komandamızın qapısı önündə real qol vəziyyəti yarada bilməyib. Əksinə, ilk hissənin sonuna 5 dəqiqə qalmış bu dəfə Katalin Doman qola yaxın olub. Lakin “Dinamo”nun qolkiperi yenə də yaxşı oynayaraq qola imkan verməyib. İkinci hissə də rəqib komandanın heyətində olan çoxsaylı dəyişiklər qarşısında baş məşqçi Mirça rednik Şəhriyar Xəlilov, Orxan Sadıqlı, Alim Qurbanov, Tosin Dosunmu dəyişikliklərinə əl atıb. Rəqibin önündə sona qədər kombinasiyalı və sabit oyun sərgiləyən “Xəzər Lənkəran” matçın sonuna qədər qapısını toxunulmaz saxlamaqla yanaşı, cinahlardan qurulan hücumlarla da “Dinamo”nu daim təzyiq altında qoyub. Avstriyalı referinin final fiti ilə matç qolsuz bərabərliklə başa çatıb.

http://www.qol.az/

Futbol üzrə yeni Avropa çempionu: İspaniya

21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Danimarkada düzənlənən Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin final matçında İspaniya və İsveçrə yığmaları üz-üzə gəlib.
 
Turnirin final görüşünə kimi məğlubiyyətsiz irəliləyən komandalardan daha güclüsü İspaniya olub. Belə ki, bu komanda rəqibi üzərində 2:0 hesablı qələbəyə sevinib. Qarşılaşmada İspaniyaya qələbəni gətirən qolları 41-ci dəqiqədə Ander Herrera, 81-ci dəqiqədə isə Tyaqo Alkantara vurub.
 
Son dünya və Avropa çempionu olan İspaniya, 21 yaşlılarla da çempion olması ilə yanaşı, üçüncü dəfə qitə birincisi adını qazandı.
 
AÇ-də üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə Belarus Çexiya üzərində minimal hesablı qələbəyə sevinib.
http://www.azerisport.az/

суббота, 25 июня 2011 г.

“Qalatasaray”ın sabiq baş məşqçisi dünyasını dəyişdi

“Qalatasaray” klubunun sabiq baş məşqçisi Tomislav İviç vəfat edib. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un rəhbərliyi 77 yaşında dünyasını dəyişən xorvatiyalı mütəxəssisin ailəsinə başsağlığı verib. Klubun rəsmi saytında yer alan başsağlığıda ölüm xəbərinin üzüntü ilə öyrənildiyi bildirilib: “1983-84-cü illərdə komandamızı çalışdıran İviç Xorvatiyada gözlərini yumdu. Onun vəfatına üzüldük. Saysız uğurları olan İviçin ailəsinə və onu sevənlərə başsağlığı veririk”.

Qeyd edək ki, təcrübəli çalışdırıcı Türkiyədə başqa komandanın da baş məşqçisi kimi çalışıb və özü də bu, “Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça” olub. İviç Yuqoslaviya, Xorvatiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin milli komandalarında da işləyib.
http://www.apasport.az/

Azərbaycanın cüdo milli komandası Braziliyanın San-Paulo şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

Azərbaycanın cüdo milli komandası Braziliyanın San-Paulo şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək. İyunun 25-i və 26-da baş tutacaq yarışda ölkəmizin idman şərəfini 8 cüdoçu qoruyacaq. London-2012-yə lisenziya xarakterli Dünya Kubokunda Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev, Nicat Şıxəlizadə,  Tərlan Kərimov , Elxan Rəcəbli , Elxan Məmmədov , Elmar Qasımov, Kifayət Qasımova və Ramilə Yusubova iştirak edəcəklər. Yarışın qalibi 100, 2-ci yerin sahibi 60, 3-cü yerin sahibi 40, 5-ci yerin tutan cüdoçu 20 lisenziya xalı qazanacaq.
http://www.idmantv.az/

Mirça Rednik: “Qarşıdakı günlərdə daha bir neçə futbolçu gələcək ”

Qolsuz başa çatan «Xəzər-Lənkəran» «Dinamo» (Drezden) oyunundan sonra təmsilçimizin baş məşqçisi Mirça Rednik görüş barədə bunları söyləyib: "Deyərdim ki, yaxşı məşq oldu. Biz hələ yeni toplaşmışıq. Futbolçular fiziki cəhətdən hazır deyil. Nəzər alaq ki, bu gün meydana çıxan futbolçularımızın bir çoxu ötən mövsüm əsas heyətdə oynamayıblar. Bununla belə, komandanın çıxışından razı qaldım. Düşərgəmizə qarşıdakı günlərdə daha bir neçə futbolçu gələcək. Ümidvaram ki, heyəti istədiyimiz kimi formalaşdıra
biləcəyik". 

  http://www.stadium.az/

Azərbaycan yığması Avropa ikincisi oldu

Azərbaycan yığması Türkiyənin Ankara şəhərində düzənlənən boks üzrə Avropa çempionatında ikinci olub. Azerisport.az xəbər verir ki, millimiz komanda hesabında Salman Əlizadə ilə (49 kq) Teymur Məmmədovun (91 kq) qızıl, Heybətulla Hacıəliyevin (64 kq) bürünc medalı sayəsində yalnız Rusiyadan geri qalıb.
 
Belə ki, şimal qonşularımız 2 qızıl, 4 gümüş medal qazanmaqla birinci olublar. Üçüncü yeri isə Uels və İrlandiya yığmaları tutub (hərəyə 2-0-0).

http://www.azerisport.az/

Afrikalı futbolçular "Kəpəz"də baxışdadır

Növbəti mövsümdən "Kəpəz" PFK adı ilə Unibank Premyer Liqasında mübarizə aparacaq "Gəncə" komandası artıq bir araya gəlib. Mehman Allahverdiyevin rəhbərliyi ilə komanda artıq ilk məşqinə çıxıb. Elşən Poladov, Zaur Əsədov və Elnur Abbasovla heyətini gücləndirən gəncəlilər bir neçə legioneri də sınaqdan keçirəcəklər. Bu barədə məlumatı klubun mətuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə baxışa dəvət olunanlardan üçü Qana, biri isə Nigeriyadandır. Baxışda olan legionerlərdən 1988-ci il təvəllüdlü Odotet Godson dayaq yarımmüdafiəçisi, 1989-cu il təvəllüdlü Appiah Nana Yav yarımmüdafiəçi, 1982-ci il təvəllüdlü Beblie Gardiner  mərkəz müdafiəçisi və 1991-ci il təvəllüdlü nigeriyalı Patrick Monday Ogbole isə hücumçudur. Yaxın vaxtlarda daha bir neçə oyunçunun da baxışa dəvət olunacağı gözlənilir.

http://www.pfl.az/

Azərbaycan klubları avrokuboklardakı rəqiblərini tanıdı

Azərbaycanın qadın voleybolçulardan ibarət klublarının “Çağırış Kuboku”ndakı, eləcə də CEV Kubokundakı rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Bu ilk turnirdə ölkəmizi “Bakı” və “Lokomotiv” təmsil edəcək.
 
“Bakı” yoluna birinci mərhələdən başlayacaq və Kiprin “Famagustoy” klubuyla qarşılaşacaq. İlk görüş oktyabrın 8-9-da, cavab görüşləri isə 15-16-da olacaq. Cütün qalibi Fransanın “Evre” klubuna rəqib olacaq.
 
Digər paytaxt klubumuz “Lokomotiv” isə yarışa ikinci mərhələdən başlayacaq. Rəqib Macarıstan “Budapest”i olacaq.
 
CEV kubokundakı yeganə təmsilçimiz olan “İqtisadçı” da rəqiblərinin kimliyini bilib. “İqtisadçılar”
1/16 finalda Rumıniyanın “Dinamo” (Buxarest) klubuna rəqib olublar. Qeyd edək ki, “Lokomotiv”lə “İqtisadçı” ilk oyunlarını 29 noyabr - 1 dekabrda, cavab görüşlərini isə – 6-8 dekabrda keçirəcəklər.

http://www.azerisport.az/

U-17 bu dəfə 4 top buraxdı

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Almaniyanın Münhen şəhərində təşkil olunmuş Ka-Cup turnirində növbəti oyununu keçirib. Olimpiya az. AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız İsveçrənin “Sürix” komandası ilə qarşılaşıb. U-17 0:4 hesabı ilə məğlub olub.

“Bakı” üçün “Styaua”

Avstriyada təlim-məşq toplanışı keçəcək “Bakı” klubunun yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən biri bəlli olub. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar” Rumıniyanın adlı-sanlı klublarından olan “Styaua” görüşəcək. Bu qarşılaşma iyunun 4-də baş tutacaq.
http://www.apasport.az/

“Qalatasaray”a daha bir zərbə

"Qalatasaray" daha bir şok yaşamaq üzrədi. Stadium.Az xəbər verir ki, "Çelsi"nin hədəfində olan Arda Turan əvvəlcə klubda "cim-bom"dan ayrılmaq istəmədiyini bildirsədə, indi o rəhbərliyə getmək istədiyini bildirib. Bunun qarşılığında "zadəganlar" İstanbul klubuna 14 milyon avro təklif edir. Lakin, "Qalatasaray" rəhbərliyi futbolçunu buraxmaq istəməsədə, Ardanın agenti Ahmet Bulud da , müştərisinin ingilis klubuna keçməkdə maraqlı olduğunu bildirib. 
 

Dövlət başçısı Massimo Morattini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Milanın “İnter” futbol klubunun prezidenti və sahibi Massimo Morattini qəbul etmişdir
Bakı, 25 iyun (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Milanın “İnter” futbol klubunun prezidenti və sahibi Massimo Morattini qəbul etmişdir.
Görüşdə Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən danışılmış, ölkəmizin beynəlxalq səviyyədə idmanla bağlı əldə etdiyi uğurlar qeyd edilmiş və Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyi vurğulanmışdır.

http://www.affa.az/

Əfran İsmayılov:`...`Banqa` ilə oyunda meydana çıxmaq istəyirəm`

`Qarabağ`ımız Türkiyədə hazırlıqlarını davam etdirir. Dünən axşam çalışması zamanı komandamızdan Əfran İsmayılov məşqi yarımçıq buraxmalı oldu. Topuğunda ağrı hiss edən Əfran İsmayılov  dərhal Ankaraya həkim müayinəsinə aparılıb.  22 yaşlı yarımmüdafiəçinin `MR`ı çəkilib. Müayinədən sonra Əfranın bir neçə gün məşq etməyəcəyi  məlum olub.  Amma  İsmayılovun `Banqa` ilə ilk oyunda meydana çıxması ehtimalı yüksəkdir. Əfran saytımıza son durumu dəyərləndirib:` Məşq zamanı qaçanda topuğumda müəyyən ağrılar hiss etdim. Ayağımı yerə basanda daha çox hiss olunurdu.  Amma  şükür Allaha ki, müayinə zamanı ciddi bir çey çıxmadı. 2 gün istirahət etməliyəm. İnşallah, sonra məşqə başlayacam. Belə baxanda `Banqa` ilə oyunda meydana çıxma ehtimalım yüksəkdi. Çox istəyirəm ki,  komandamın yanımda olum. İlk oyun çox vacibdir. İnşallah, `Banqa` ilə oyunda meydana çıxacam. Bunun üçün nə lazımdısa edəcəm`

http://www.qarabagh.com/