Azərbaycanın cüdo milli komandası Braziliyanın San-Paulo şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək. İyunun 25-i və 26-da baş tutacaq yarışda ölkəmizin idman şərəfini 8 cüdoçu qoruyacaq. London-2012-yə lisenziya xarakterli Dünya Kubokunda Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev, Nicat Şıxəlizadə, Tərlan Kərimov , Elxan Rəcəbli , Elxan Məmmədov , Elmar Qasımov, Kifayət Qasımova və Ramilə Yusubova iştirak edəcəklər. Yarışın qalibi 100, 2-ci yerin sahibi 60, 3-cü yerin sahibi 40, 5-ci yerin tutan cüdoçu 20 lisenziya xalı qazanacaq.
http://www.idmantv.az/
Комментариев нет:
Отправить комментарий