UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Xorvatiyanın “Dinamo” klubu arasındakı ilk oyununun tarixi və başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu görüşün vaxtı ilə bağlı müəyyən anlaşılmazlıq yaranmışdı.
Belə ki, hər iki klubun rəsmi saytı püşkatmadan sonra Zaqrebdə keçiriləcək ilk görüşün iyulun 13-də keçiriləcəyini iddia etmişdi. Dünən isə UEFA-dan "Neftçi"yə məktub daxil olmuşdu. Məktubda Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə keçiriləcək "Dinamo" - "Neftçi" oyununun hansı gündə baş tutacağının iyunun 28-də məlum olacağı bildirilmişdi. Qarşılaşmanın başlanma saatının isə iyulun 1-dək dəqiqləşəcəyi qeyd edilirdi.
Lakin artıq UEFA söz verdiyi kimi, ilk matçın həm tarixini, həm də başlama saatını dəqiqləşdirib. Bu görüş öncədən də gözlənildiyi kimi, iyulun 13-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti isə 23:00-da veriləcək.
Qeyd edək ki, bu komandalar arasındakı Bakıdakı görüş iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Lakin görüşün saat neçədə başlayacağı hələ dəqiqləşməyib.
http://www.azerisport.az/
Комментариев нет:
Отправить комментарий