İspaniyanın “Real Madrid” futbol klubu yeni transferi Hamit Altıntopun xidmətlərindən ən azı 3 ay müddətinə məhrum olub.
Qol.Az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, Türkiyə millisinin 28 yaşlı yarımmüdafiəçisi iyunun 27-də onurğa sütunundan əməliyyat olunub. Əməliyyatın uğurlu alınması ilə Altıntopun yaşıl meydanlara qayıdışı sentyabrın sonlarında baş tuta bilər.
Bu isə o deməkdir ki, təcrübəli futbolçu “Real Madrid”in mövsümöncəsi bütün hazırlıq prosesini və İspaniya çempionatında ilk ayı buraxmalı olacaq.
Eyni zamanda, Hamit Altıntop Türkiyə yığmasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 2-də Qazaxıstan, sentyabrın 6-da isə Avstriya ilə keçirəcəyi görüşləri buraxmalı olacaq.
Onun oktyabrın 7-də Almaniya, oktyabrın 11-də isə Azərbaycan millilərinə qarşı oynaması isə sual altına düşüb.
http://www.qol.az/
Комментариев нет:
Отправить комментарий