Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev İtaliyanın məşhur neft sahibkarı, “Saras S.p.A” korporasiyasının sahibi, Milanın “İnternasionale” futbol klubunun prezidenti Massimo Moratti və onu müşayiət edən şəxslərlə görüşüb.
Massimo Morattini qiyabi olaraq çoxdan tanıdığını söyləyən Rövnəq Abdullayev onunla şəxsən tanış olmaqdan məmnunluğunu bildirib: “Bizim hər ikimizi həm neft işi, həm də futbol bağlayır. Azərbaycana xoş gəlmisiniz!”. Moratti Azərbaycanda ilk dəfə olduğunu və Bakı ilə tanışlığın onda böyük təəssürat doğurduğunu deyərək paytaxtımızın arxitekturasında qədimlik və müasirlik elementlərinin sıx qovuşduğunu xüsusi qeyd edib: “Bu iki cəhət Bakını fantastik dərəcədə gözəlləşdirir. Mən bundan sonra da Bakını və buradakı dostlarımı görməyə tez-tez gələcəyəm”. Atası Ancelo Moratti tərəfindən yaradılmış “Saras” korporasiyasının sahiblərindən biri olduğunu söyləyən qonaq, bu şirkətin İtaliyada və digər ölkələrdə fəaliyyətindən geniş söz açıb. Görüşün sonunda ARDNŞ-in və AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Saras S.p.A” korporasiyasının sahibi, Milanın “İnternasionale” futbol klubunun prezidenti Massimo Moratti bir-birinə xatirə hədiyyələri təqdim edib.
http://www.sonxeber.az/
Комментариев нет:
Отправить комментарий