Loading

понедельник, 25 июля 2011 г.

Amerika kubokunda yeni qalib, yeni rekord


Argentinada təşkil olunan Amerika kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin qızıl medalları uğrunda həlledici mübarizədə Paraqvay və Uruqvay yığmaları üz-üzə gəlib.
 
Buenos Ayresdəki "Estadio Monumental Antonio Vespucio Liberti" stadionunda keçirilən final matçının ilk dəqiqələrindən üstünlüyü ələ alan Uruqvay böyükhesablı qələbə qazanıb - 3:0. Hesabı 12-ci dəqiqədə "Liverpool"un forvardı Luis Suares açıb. 42-ci dəqiqədə Dieqo Forlan fərqi iki topa çatdırıb. "Atletico"nun forvardı 90+2-ci dəqiqədə dublunu rəsmiləşdirməklə finalın yekun nəticəsini müəyyənləşdirib.
 
Bununla da Uruqvay tarixində 15-ci dəfə Amerika Kubokunun qalibi adını qazınb. Bundan əvvəl 1916, 1917, 1920, 1923, 1924, 1926, 1935, 1942, 1956, 1959, 1967, 1983, 1987 və 1995-ci illərdə turnirin qalibi olan Uruqvay həm də yeni rekord müəyyənləşdirib. Uruqvaydan sonra kuboku ən çox qazanan komanda Argentinadı - 14 dəfə. Üçüncü yeri 8 kubokla Braziliya tutur.
 
Amerika kuboku
Final
24 iyul
 
Paraqvay - Uruqvay – 0:3
Qollar: Suares, 12, Forlan, 42; 90+2.
 

Комментариев нет:

Отправить комментарий