Loading
пятница, 8 июля 2011 г.
AZAL: «Minsk»ə uduzduq, yaxşı yol, Nazim Süleymanov
AZAL klubu Avropa Liqasının ilkin təsniyat mərhələsində «Minsk»ə məğlub olmaqla təkcə avroliqaya əlvida demədi. Stadium.Az saytı xəbər verir ki, bu məğlubiyət həm də Nazim Süleymanovun istefası ilə nəticələnib.
Süleymanov bu qərarını Belarus "Minsk"inə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə 1:2 hesablı məğlubiyyətdən sonra açıqlayıb.
Bununla da gənc mütəxəssis hələ ilk oyun öncəsi verdiyi sözə əməl edib. Süleymanov növbəti mərhələyə keçə bilməmələrinin məsuliyyətini öz üzərinə götürüb: "Belə nəticə gözləmirdim. Bu futboldur, kim səhv edirsə, o da uduzur. İkinci hissədə 10 oyunçu ilə daha yaxşı oynadıq. Futbolçularıma dedim ki, narahat olmasınlar. İlyarım işlədiyim komandaya uğurlar arzulayıram. Mən günahkaram, ona görə də gedirəm. İstefa verdiyimi klub rəhbərliyinə və oyunçularıma demişəm".
http://www.stadium.az/
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий