Loading

вторник, 12 июля 2011 г.

AZAL "Rəvan"la da bacara bilmədi

Avroliqanın birinci təsnifat mərhələsində mübarizəni dayandıran AZAL ilk yoxlama oyununu keçirib. Olimpiya.az-ın məlumatına görə, “təyyarəçilər” bu gün “Dalğa Arena”da Premyer Liqanın debütantı “Rəvan”la qarşılaşıb.

Oyunda hesabı “Rəvan”ın hücumçusu Con Pelu açıb. AZAL buraxılan qolun əvəzini yalnız ikinci hissədə çıxa bilib. Belə ki, fasilədə “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov meydana əsasən əvəzediciləri buraxıb ki, bundan yararlanan AZAL qol vurub. Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin ötən həftə keçirilən “Minsk”lə oyunundan sonra Nazim Süleymanov istefa verdiyindən, AZAL oyuna baş məşqçisiz çıxıb.

Комментариев нет:

Отправить комментарий