Loading

вторник, 12 июля 2011 г.

Azərbaycan - Belçika oyununun zamanı və məkanı açıqlandı


Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Belçika milli komandaları arasında sentyabrın 2-də keçiriləcək matçın yeri və başlama saatı müəyyənləşib. Olimpiya.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 21:00-da başlanacaq.

Qeyd edək ki, Belçika ilə oyundan 4 gün sonra - sentyabrın 6-da milli komandamız Lənkəran şəhər mərkəzi stadionunda Qazaxıstanı qəbul edəcək. Həmin qarşılaşma saat 20:00-da start götürəcək.

Комментариев нет:

Отправить комментарий