Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev iki beynəlxalq turnirin oyunlarına təyinat alıb. Apasport.az saytının məlumatına görə, o, iyulun 14-dən 18-dək Belarusun Minsk şəhərində keçiriləcək “Dostluq-2011” turnirində və iyulun 23-dən 29-dək Gürcüstanın Batumi şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Bundan əlavə, iyulun 21-dən 23-dək Batumi şəhərində Həmzəyevin rəhbərliyi ilə Gürcüstanın çimərlik futbolu üzrə hakimlərinə seminar keçiriləcək.
Mənbə: affa.az
http://www.apasport.az/
Комментариев нет:
Отправить комментарий