«Bakı» dünən daha bir yoldaşlıq görüşü keçirib. Stadium.Az saytı xəbər verir ki, rəqib Yunanıstan çempionatının bürünc mükafatçısı AEK klubu olub.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Qarşılaşma Bakı TV vasitəsilə də canlı yayımlanıb.
«Bakı»nın start heyəti ilə taniş olun:
16. Aqil Məmmədov 15. Cəmşid Məhərrəmov 32. Aleksey Savinov 77. Aleksandar Soliç 6. İbrahim Karqbo 9. Elvin Məmmədov 14. Elvin Əliyev 36. Uinston Parkis 22. Maris Verpakovskis 18. Denis İvanovs 7. Deyvidas Çesnauskis
Yunanıstan kubokunun qalibi və ölkə çempionatının bürücn mükafatçısına qarşı mübarizə aparan "Bakı" ilk hissədə üstünlüyə malik olub. Bakılılar bir neçə real qol imkanı yaratsa da, hesabı açmaq mümkün olmayıb. Fasilədən sonra rəqib daha fəal olub. Buna baxmayaraq, qapılara qol vurulmayıb və oyun qolsuz bərabərliklə başa çatıb.

Комментариев нет:
Отправить комментарий