Loading

суббота, 23 июля 2011 г.

"Baku Cup"ın favoriti sürprizə imkan vermədi


"Baku Cup" turnirinin ən böyük favoriti və dünya reytinqinin 3 nömrəli tennisçisi Vera Zvonaryova yarımfinala yüksəlib. Olimpiya.az-ın məlumatına görə, rusiyalı buna Anna Tatişvilini (Gürcüstan) 2:1 (7:5, 6:7, 6:2) hesabı ilə məğlub etməklə nail olub.

Qeyd edək ki, Zvonaryova yarımfinalda ukraynalı Mariya Korittseva ilə qarşılaşacaq. Digər yarımfinalda isə Qalina Voskoboyeva (Qazaxıstan) ilə Kseniya Pervak (Rusiya) üz-üzə gələcəklər.

Комментариев нет:

Отправить комментарий