Loading

пятница, 8 июля 2011 г.

"Çelsi"nin baş məşqçisi "Mançester Yunayted"i nümunə götürəcək


"Çelsi"nin yeni təyin olunmuş baş məşqçisi Andre Villas-Boas verdiyi müsahibədə gələn mövsümdə çempionluq yolunda əsas nümunə kimi "Mançester Yunayted"i götürəcəklərini və bunun üçün oyunçularına keçən mövsümün çempionu olan əzəli rəqiblərini haqqında video çarx izlətdirməyi planlaşdırdığını bildirib.

Stadium.Az xəbər verir ki, "The Mirror" qəzetinə verdiyi müsahibədə Villas-Boas bunları deyib: "Mançester Yunayted" əla bir klubdur. Mourinyonun, Hiddinkin və Ançelottinin "Çelsi"yə rəhbərlik etdikləri dövrlər də belə, bu klub hər zaman uğurlar qazandı. Buna görə də, biz bu mövsüm bu klubu özümüzə nümunə kimi götürməliyik. Texniki heyət olaraq düzgün addımlar atmalıyıq. Futbolçularıma "Mançester" haqqında bir DVD izlətdirməyi planlaşdırıram. Bəlkə bu addım klub daxilində bir çox dəyişikliklərə səbəb ola bilər."

http://www.stadium.az/

Комментариев нет:

Отправить комментарий