Loading

вторник, 12 июля 2011 г.

Elman Rüstəmov yığma komandamızın üzvlərilə görüşdü


"Çinin Ninbo şəhərində kişilərdən ibarət komandalar arasında keçiriləcək dünya çempionatında Azərbaycan şahmatçıları əsas favoritlərdəndi". Fanat.az xəbər verir ki, bu sözləri turnir ərəfəsində Azərbaycan yığma komandasının üzvlərini qəbul etmiş Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib. O, şahmatçılarımızın Avropa çempionatında komandamızda mövcud olan ruh yüksəkliyini və qələbə əzmini bu dəfə də göstərməli olduqlarını qeyd edib: "Belə güclü heyətlə siz dünya çempionu ola bilərsiniz. Ümid edirəm ki, siz layiqli nəticə göstərəcəksiniz”. Federasiya prezidenti onu da qeyd edib ki, Vüqar Həşimov qayıdandan sonra komandamız yenidən əvvəlki kimi güclüdü.
Xatırladaq ki, Çində yarışlar iyulun 16-dan 27-dək davam edəcək. Azərbaycan yığmasının heyətində Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov çıxış edəcək.

http://www.fanat.az/

Комментариев нет:

Отправить комментарий