Loading

пятница, 15 июля 2011 г.

Falkao "Porto"da qaldı


"Porto"nun kolumbiyalı hücumçusu Radamel Falkao nəhayət ki, öz seçimini edib. Stadium.Az xəbər verir ki, Falkao "Porto" ilə müqaviləsini 2015-ci ilə qədər uzadıb.
Ötən mövsüm Avroliqanın bombardiri olan Falkao ilə "Çelsi" və "Atletiko" (Madrid) kimi klublar maraqlansa da, futboçu "Porto"ya üstünlük verib.
Ötən mövsüm "Porto"nu Avroliqanın qalibi edən hazırda isə "Çelsi"nin baş məşqçisi kimi çalışan Andre Villa Boaşın sabiq oyunçusunu yanına gətirmək cəhdləri də səmərəsiz qalıb. Buna səbəb kimi isə tərəflərin maliyyə məsələsində razılığa gələ bilməməsi göstərilir.
Falkao ötən mövsüm Avroliqada vurduğu 17 qolla turnirin bombardiri olmuşdu.
http://www.stadium.az/

Комментариев нет:

Отправить комментарий