Eşitməqüsurlu əlillərdən təşkil olunmuş Azərbaycanın U-16 yığması Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ikinci yeri tutub. Olimpiya.az-ın məlumatına görə, milli komandamız yarışın ilkin mərhələsində Bolqarıstana 14:0, Qazaxıstan təmsilçisinə isə 3:0 hesabı ilə qalib gəlib.
Polşa və Slovakiya yığmasına müvafiq olaraq, 1:2 və 1:4 hesabı ilə məğlub olan futbolçularımız bu mərhələnin son oyununda çexiyalı həmyaşıdları ilə heç-heçə ediblər - 1:1. İlkin mərhələdə ikinci yeri tutan yığmamız finala gedən yolda Qazaxıstanla qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatdığından, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız finala yüksəlib. Həlledici oyunda isə futbolçularmız Slovakiya yığmasına uduzaraq (4:5), ikinci yerlə kifayətləniblər.
Комментариев нет:
Отправить комментарий