Loading

пятница, 15 июля 2011 г.

Haydı "Neftçi"sevərlər, stadiona!


"Neftçi" PFK iyulun 19-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Zaqreb "Dinamo"sunu qəbul edəcək. Olimpiya.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün biletlərin satışı davam edir. Biletlərin qiyməti bütün sektorlar üçün 1 manat, VİP C və VİP D üçün isə 10 manatdır.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından, eləcə də "Dalğa Arena", "Park Bulvar"ın 1-ci mərtəbəsi, "Accesbank"ın Mərdəkandakı filialı, "Park Şüvəlan" və "Khazar Golden Beach"dən almaq mümkündür.

Klub rəhbərliyi bütün azarkeşləri stadiona, "Neftçi"yə dəstək olmağa çağırır.

Qeyd edək ki, oyun saat 21:00-da start götürəcək.

http://www.olimpiya.az/

Комментариев нет:

Отправить комментарий