Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan “İnter”in əvəzedici heyəti ilk yoxlama oyununu keçirib. Olimpiya.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qusar rayonunun “Şahdağ-Samur” komandası ilə oyun “İnter”in 5:4 hesablı qələbəsi ilə başa çatıb. Qollardan ikisini Mirsahib Abbasov, hərəyə birini isə Samir Hüseynli, Ramil Mansurov və İlkin Sadıqov vurub.
http://www.olimpiya.az/
Комментариев нет:
Отправить комментарий