Loading

пятница, 8 июля 2011 г.

Litva yığmasının üzvü "Bakı"da - FOTO



“Bakı” futbol klubu Litva millisinin üzvü ilə 2 illik müqavilə imzalayıb. Olimpiya.az klubun rəsmi saytıjna istinadən xəbər verir ki, 30 yaşlı Deividas Çesnauskis 2013-cü ilə qədər paytaxt təmsilçisinin idman şərəfini qoruyacaq.

1981-ci ilin 30 iyun tarixində anadan olan Çesnauskisin futbolçu karyerası Litvanın “Ekranas” klubunda başlayıb. 1997-2000-ci illərdə Panevejis klubunun şərəfini qoruyan müdafiəçi Moskva “Dinamo”suna transfer olunub. 2003-cü ilədək “Dinamo” forması geyən litvalı futbolçu, 2004-cü ildə Moskvanın digər iddialı klubu “Lokomotiv”ə keçib. Deividas 2005-2009-cu illərdə Şotlandiyanın “Harts” klubunda çıxış edib. Burada 68 oyun keçirən Çesnauskis 5 qola imza atıb. 2009-cu ildə Yunanlstan təmsilçisi “Erqotelis”lə anlaşan futbolçu (24 oyun 2 qol), 2010-cu ildə ünvanını “Aris”ə dəyişib. Cari mövsüm 15 dəfə Yunanıstan çempionatında forma geyən Deividas Çesnauskis dünəndən etibarən “Bakı”nın Sloveniyada keçirdiyi təlim-məşq toplantısına qatılıb. 

Litva milli komandasının hetərində 37 oyun keçirib, 4 qola imza atıb.

Комментариев нет:

Отправить комментарий