Loading

пятница, 1 июля 2011 г.

Luiş Fabiano “San Paulo”nu “Qalatasaray”dan üstün tutdu


Braziliyalı hücumçu Luiş Fabianonu transfer etmək istəyən "Qalatasaray"ın bu arzusu deyəsən gerçəkləşməyəcək. Stadium.Az xəbər verir ki, braziliyalı forvard "cim-bom"un onu istəməsindən danışıb:"Qalatasaray" mənə çox cəlbedici təklif irəli sürdü. Amma mən indi zədəliyəm. Vətənimdə istirahət edirəm. Yaxşı təklif olmasına baxmayaraq mən vətənimdə qalmağı üstün tuturam. Karyerama "San Paulo"da davam etmək istəyirəm. Amma hər şey ola bilər. Menecerim danışıqları davam etdirir. Gələcəkdə nə olacağını heç kim deyə bilməz "


http://www.stadium.az/

Комментариев нет:

Отправить комментарий