Loading

вторник, 26 июля 2011 г.

Messi və Ronaldo yenidən üz-üzə




UEFA-nın versiyasına görə Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanlıb. Olimpiya.az-ın məlumatına görə, 53 jurnalistdən ibarət münsiflər heyəti Xavi, Lionel Messi (hər ikisi “Barselona”) və Kriştiano Ronaldoya (“Real”) səs veriblər. Qalib avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatması zamanı elektron səsvermə sistemi ilə müəyyənləşəcək.

Andres İnyesta (“Barselona” İspaniya), “Falkao” (“Porto” Portuqaliya), Ueyn Runi (“Mançester Yunayted” İngiltərə), Nemanya Vidiç (“Mançester Yunayted” İngiltərə), Zlatan İbrahimoviç (“Milan” İtaliya), Jerar Pike (“Barselona” İspaniya), Manuel Noyer (“Bavariya” Almaniya) ilk “3-lük”dən kənarda qalıblar.

Qeyd edək ki, Messi son iki ildə, portuqaliyalı Ronaldo isə bundan əvvəl həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilib.

Комментариев нет:

Отправить комментарий