Naxçıvan Muxtar Respublikasında keçirilən futbol üzrə yeniyetmələr arasında “Müstəqillik-20” turniri başa çatıb. Olimpiya.az-ın məlumatına görə, Şərur Olimpiya idman kompleksində baş tutan final oyununda yerli futbolçularla Şahbuz komandası üz-üzə gəlib. Daha üstün oyun göstərən şərurlular 6:5 hesabı ilə qalib gəliblər.
Komandalar MR Gənclər və İdman Nazirliyinin, Futbol Federasiyasının kubok və diplomları ilə mükafatlandırılıblar.
Mənbə: AzərTAc
Комментариев нет:
Отправить комментарий