Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiya “Dinamo”su ilə oyununa hazırlıq çərçivəsində daha bir sınaq görüşü keçirəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu Avstriayadakı təlim-məşq toplanışı zamanı Çexiya çempionu “Viktoria” ilə qarşılaşacaq.
Bu matç iyulun 5-də məhz “ağ-qaralar”ın təlim-məşq toplanışı keçdiyi məkanda baş tutacaq. Görüşün başlama saatı isə hələlik dəqiq bilinmir.
Maraq üçün xatırladaq ki, Arif Əsədovun yetirmələri Avstriyada artıq iki sınaq matçına çıxıb. Öncə Albaniya çempionu “Skenderbeu” ilə görüşən bakılılar 1:1 hesablı heç-heçəyə nail olmuşdusa, dünən də Rumıniya çempionatının gümüş medalçısı “Timişoara” üzərində minimal hesablı qələbəyə sevinmişdi – 1:0.
http://www.azerisprt.az/
Комментариев нет:
Отправить комментарий