Loading

четверг, 14 июля 2011 г.

“Neftçi” Zaqrebdə böyük hesabla uduzdu


Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsində ilk görüşlərə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın Avropanın ən nüfuzlu turnirində yeganə təmsilçisi olan “Neftçi” artıq öz oyununu başa vurub. Cari mövsümə Xorvatiyada başlayan təmsilçimiz Zaqreb “Dinamo”su ilə çətin sınağa çıxıb.

Qarşılaşma xoşagəlməz hadisə ilə müşayiət olunub. Belə ki, qarşılaşmanın televiziya ilə canlı yayımlanacağı elan olunsa da, tamaşaçılar növbəti dəfə aldadılıb. Qarşılaşmanın yalnız son 15 dəqiqəsi, meydan sahibləri hesabı 3:0-a çatdırandan sonra yayım başlayıb.

Nədəncə hər dəfə “Neftçi”nin matçları ilə yanaşı olan texniki problemlər bu dəfə də “ağ-qaralar”ın sadiq azarkeşlərini internet kanalları ilə oyunu izləməyə vadar edib. Hələ Avstriyadakı təlim-məşq toplanışı zamanı Çexiya çempionu “Viktoriya” ilə qarşılaşmanın canlı yayımlanacağı da elan olunurdu. Amma həmin vaxtda da texniki problemlər üzə çıxdı və aldanan televiziya qarşısında ümidlə gözləyən azarkeşlər oldu. Nədənsə “flaqman” sayılan komandanın azarkeş ordusundan qat-qat az pərəstişkarı olan AZAL-ın səfər oyununda belə problem yaranmır, amma “Neftçi”nin uduzduğu görüşlərdə yaranır.

Oyuna gəlincə, Arif Əsədovun çalışdırdığı komanda buraxılan ilk qola qədər rəqibin aramsız hücumları qarşısında tab gətirdi. Lakin avrokubok təcrübəsi olmayan məşqçi qol buraxan kimi “Maksimir”dəki böyük auditoriya qarşısında qol vurmaq arzusuna düşdü. Bu səbəbdən də müdafiəçini yarımmüdafiəçi ilə əvəzləyən bakılılar ikinci hissə başlayan kimi qapısında növbəti qolu gördü. Bununla sakitləşməyən “Dinamo” “Maksimir” stadionuna toplaşanlara şou göstərmək məqsədilə hücumlarını davam etdirdi. Artıq 65-ci dəqiqədə dublunu rəsmiləşdirən Krstanoviç penaltidən hesabı 3:0-a çatdırdı.

http://www.apasport.az/

Комментариев нет:

Отправить комментарий