Loading

пятница, 15 июля 2011 г.

"Neftçi"nin rəqibi məlum oldu


Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Stadium.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da keçirilən mərasim zamanı "Neftçi" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün rəqibi müəyyənləşib.
"Neftçi" Zaqrebdəki ilk görüşdə 0:3 hesabı ilə uduzaraq növbəti mərhələ şansını çətinə salıb. Amma hər halda bu cütün qalibi püşk zamanı səpələnmişlər səbətinə düşəcək. Artıq UEFA potensial rəqibləri ayrı-ayrı qruplara bölərək onların siyahısını qısaldıb. Beləliklə, 1-ci qrupda yer alan "Neftçi" - "Dinamo" cütünün qalibi HİK (Finlandiya) / "Banqor Siti" (Uels) qalibi ilə üz-üzə gələcək.

http://www.stadium.az/

Комментариев нет:

Отправить комментарий