Avroliqanın I təsnifat mərhələsində Litvanın “Banqa” klubunu darmadağınla keçən “Qarabağ” hazırlıqlara start verib. Apasport.az saytının xəbərinə görə, yarışın II mərhələsində Farer adaları təmsilçisi “Streymur”la qarşılaşacaq ağdamlılar iyulun 12-də səhər saatlarında Bakı-İstanbul-Kopenhagen-Torşavn reysi ilə Farer adalarına yollanacaq. İyulun 13-ü oyunun keçiriləcəyi meydanda məşq edəcək komanda bir gün sonra Bakı vaxtıyla 23:00-da “Streymur”la görüşə çıxacaq.
http://www.apasport.az/
Комментариев нет:
Отправить комментарий