Azarkeşlərini gözəl xəbərlərlə daim sevindirən Rabitə voleybol klubunun rəhbərliyindən daha bir müjdə xəbər var.
Həyata keçirdiyi möhtəşəm transferləriylə gündəmdən düşməyən klubun yeni baş məşqçisinin adı məlum olub. Dünya voleybolunda kifayət qədər tanınmış, müxtəlif milli və klub komandalarıyla fenomenal uğurlara imza atmış Serbiyalı mütəxəssis Zoran Qayiç yeni mövsümdən etibarən Rabitə BAKI komandasının sükanı arxasına keçəcəkdir.
Karyerası boyunca kişi kollektivlərini çalışdırmış mütəxəssis dəfələrlə müxtəlif qadın klublarından təkliflər almasına baxmayaraq məhz Rabitə klubunu seçməklə ilk dəfə qadın kollektivinə baş məşqçilik edəcək .
1958-ci il doğumlu Zoran Qayiç Yuqoslaviya milli komandasıyla 2000-ci il Sidney Olimpiadasının finalında adlı-sanlı Rusya komandasını yenməklə Olimpiadanın qızıl medallarına layiq görülmüşdür. Bu möhtəşəm uğurdan bir il sonra bu komanda təcrübəli mütəxəssisin rəhbərliyi altında Avropa Çempionatının da qızıl medallarına sahib çıxmışdır. 2002-ci ildə Yuqoslaviya komandasından ayrılan Qayiç Polşa milli komandasının da baş məşqçi postuna ən real namizədlərdən sayılır, namizədlər arasında favorit hesab edilirdi. Lakin müqavilə şərtlərində razılığa gələ bilməyən mütəxəssis Dünya voleybolunda iz bıraxmış Rusiya Milli komandasının sükanı arxasına gətirilir. Rusiya voleybol tarixinə ilk əcnəbi məşqçi kimi keçən Qayiç milli komandayla 2005-ci il Avropa Çempionatının finalına yüksəlir, həlledici oyunda isə meydan sahibləri İtaliya komandasına tay brekdə məğlub olaraq gümüş medallara sahib çıxır.
2006 – ci ildə Moskvada keçirilən FİVB Dünya liginin yarımfinalında Braziliya milli komandasına yenilən Qayiçli Rusiya komandası bürünc medal uğrunda görüşdə Bolqarıstan millisini 3-0 yenərək turniri 3-cü Pillədə başa vurur.
2007-cil ildən etibarən Rusiyanın “ İskra Odintsovo”, “Ural” komandalarını çalışdıran təcrübəli mütəxəssis 2011/12-ci il mömsümündə Rabitə komandasının baş məşqçisi olacaqdır.
Zoran Qayiç öz seçimiylə bağlı “Sbvolley” agentliyinə bunları söylədi: “ Məni müxtəlif illərdə fərqli qadın komandalarına çağırdılar. 2004-cü ildə Türkiyənin “Eczaçıbaşı” komandasından gələn təklifi düşünsəm də kişilərdən ibarət “Lokomotiv Beloqorye” komandasına üstünlük verdim. Ardından 2007-ci ildə İsveçrənin “Volero” Sürix komandasıyla da təmasa keçdik və mən bu dəfə də kişi voleybolunu üstün tutaraq “ İskra Odintsovo” komandasına çalışdım. Ama 3-cü dəfə bu şansdan imtina etməməyi qərara aldım, cünki Rabitə komandasının rəhbərliyi mənim xidmətimdə çox maraqlı idi.”
“Biz yeni mövsümlə bağlı bütün planları, heyəti, oyun sxemlərini, komandanın qurulma prinsiplərini müzakirə etdik. Mənim üçün bir komandanın uğur qazanması üçün bütün lazımi şəraitin qurulması çox vacibdir ki, heç bir problem komandanı çalışdırmağa və qoyulan hədəflərə yetişməyə mane olmasın. Ona görə mənim müqaviləm birbaşa komandanın yeni mövsümdəki uğurlarından – Klublararası Dünya Çempionatı, Avropa Çempionlar liqası və Azərbaycan birinciliyindən asılıdır.”
Yeni baş məşqçimizə yeni klubunda uğurlar arzu edirik !!!
Комментариев нет:
Отправить комментарий