Azərbaycan yığmasının komandasının sabiq baş məşqçisi Şahin Diniyev bundan sonra İranda çalışacaq. Azerisport.az xəbər verir ki, bu barədə İran mətbuatı iddia irəli sürüb.
Qonşu ölkə mətbuatının yazdığına görə, həmyerlimiz “Rah Ahan” klubunu çalışdıraca. Rey şəhərinin təmsilçisi artıq Diniyevlə bununla bağlı görüşərək danışıqlar da aparıb və müqavilənin detallarını müzakirə ediblər.
Məlumatda o da bildirilir ki, Diniyev bu günlərdə İrana gedəcək və artıq iyulun 8-nə kimi tərəflər rəsmi müqaviləyə imza atacaqlar.
Şahin Diniyevin Rusiyanın “Terek” klubundan ayrılandan bəri işsiz olduğunu da vurğulayaq.
Комментариев нет:
Отправить комментарий