Loading

воскресенье, 3 июля 2011 г.

ŞOK! Əziz Yıldırım da həbs olundu


Türkiyənin “Fenerbahçe” klubunun prezidenti Əziz Yıldırım həbs olunub. Azerisport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən Əziz Yıldırımla bağlı soruşdurma aparılması gözlənilir.
 
Onun həbsində əsas səbəb kimi isə rüşvət iddiası göstərilir. Türkiyə mətbuatı ötən il ölkə çempionu adını qazanmış “Fenerbahçe” prezidentinin adının çirkin olaylarda keçdiyini iddia edir. Guya o, bir qrup şəxslərin köməyi ilə müxtəlif oyunların nəticəsini öncədən müəyyənləşdirib, rüşvət verib.
 
Əməliyyatın İstanbul və Antalyada həyata keçirildiyi bildirilir. Hətta Əziz Yıldırımın evində də axtarış aparılıb. Danışılmız oyunlarla bağlı Yıldırımla bərabər daha 30 nəfər həbs olunub. Onların arasında "Trabzonspor"un vitse-prezidenti Nevzat Şakar, "Fenerbahçe"nin idman direktoru Şekip Mosturoğlu ilə futbolçular Serkan Çalık, Serdar Kulbilge, Ümit Karan və daha bir neçə nəfərin olduğu bildirilir.
 
Maraq üçün xatırladaq ki, bu, Türkiyədə son dövrlərdə ikinci belə aparıcı klub rəhbərinin həbsidi. Ötən ay “Bursaspor”un prezidenti İbrahim Yazıçı da müxtəlif qanun pozuntuları səbəbilə həbs olunmuşdu.

http://www.azerisport.az/

Комментариев нет:

Отправить комментарий