Loading

пятница, 8 июля 2011 г.

"Streymur"la oyunda şanslar 50-nin 50-yədir"


“Çox şadam ki, mərhələni keçdik. Lakin komandada çatışmayan cəhətlər var. Çünki çempionatdan sonra ikinci rəsmi oyunumuzu keçiririk. Buna görə də xətlər arası əlaqə yaxşı deyil”. Olimpiya.az-ın məlumatına görə, bu sözləri Avroliqanın birinci təsnifat mərhələsinin “Qarabağ” - “Banqa” görüşündən sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib.

Gənc mütəxəssis sözlərinə belə davam edib: “Gənclərdən razı qaldım, xüsusən Qara Qarayevdən. Onun böyük patensialı var. Növbəti rəqibimiz “Streymur”a gəlincə, bu klub haqqında məlumatımız var. Farer adalarının komandası ardıcıl dördüncü dəfədir ki, avrokuboklarda çıxış edir. Buna görə də şansları 50-nin 50-yə dəyərləndirirəm. Artıq sabahdan “Streymur”la oyunun hazırlığına başlayacağıq”.

http://www.olimpiya.az/

Комментариев нет:

Отправить комментарий