Bu gün Türkiyədə "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım başda olmaqla 30-a yaxın klub rəsmisi və futbolçunun həbs olunduğunu xəbər vermişdik. Stadium.Az xəbər verir ki, onların adları danışılmış oyunlarda və rüşvət verməkdə hallandırılır.
Artıq danışılmış oyunların da siyahısı açıqlanıb. Belə ki, Superliqanın son mövsümünün "Eskişehirspor" - "Trabzonspor" (0:0), "Eskişehirspor" - "Fənərbaxça" (1:3), "Sivasspor" - "Fənərbaxça" (3:4) matçlarının nəticəsinin öncədən razılaşdırıldığı haqda iddialar qaldırılıb. Elə həbs olunanlar da məhz sözügedən klubların rəsmiləri və futbolçularıdı.
Sonda onu da xatırladaq ki, araşdırmalar davam etdikcə yeni faktlar ortaya çıxır və həbs olunanların dasiyahısı genişlənir.
http://www.stadium.az/
Комментариев нет:
Отправить комментарий