Dünən Avropa Liqasının birinci təsnifat mərhələsinə start verilib.
Premyerliqa.az xəbər verir ki, ilk oyunlar çərçivəsində keçirilən 25 matçda qapılara, ümumilikdə, 70 qol vurulub.
Təmsilçimiz "Qarabağ"ın zəfərdə 4:0 hesablı qələbə qazandığı gecənin bir neçə matçında bol qol müşahidə edilib.
Artıq ilk oyunlara uyğun olaraq bombardirlər cədvəli də formalaşıb. Dünən "Qarabağ"ın iki qoluna imza atan Vüqar Nadirov 5 nəfərdən ibarət bu siyahıda yer alıb.
Vüqar Nadirov (Qarabağ, Azərbaycan) - 2 qol
David Elm (Elfsborq, İsveç) - 2
Maqnus Andersen (Tromse, Norveç) - 2
Marko Stanoyeviç (Rad, Serbiya) – 2
Nikola Şafariç (Varajdin, Xorvatiya) - 2
Qeyd edək ki, "Qarabağ"ın digər qollarını isə Rəşad Sadiqov və Bəxtiyar Soltanov vurub.
Комментариев нет:
Отправить комментарий