Loading

понедельник, 11 июля 2011 г.

"Xəzər Lənkəran" Avstriyadan Təl-Əvivə yola düşür

"Xəzər Lənkəran" Avstriya toplanışını başa vurub. Stadium.Az xəbər verir ki, iyunun 20-dən Avstriyanın Fulmpes şəhərində Avropa Liqasının ikinci təsnifat mərhələsinə hazırlaşan Lənkəran klubu bu gün sözügedən ölkədə son məşqinə çıxıb.
Bakı vaxtı ilə saat 13.30-da başlayan məşqdə Mirça Rednik yetirmələrini əsasən taktiki gedişlər üzərində çalışdırıb.
Məşqdən sonra futbolçulara bir neçə saatlıq istirahət verilib. Az sona "Xəzər Lənkəran" avtobusla Avstriyanın İnsburq şəhərnə yollanacaq. İnsburqdakı "Kranebitten" hava limanından Vyanaya uçacaq komanda ordan da təyyarə ilə Təl-Əvivə yola düşəcək. "Xəzər Lənkəran" bu gecə, Bakı vaxtı ilə saat təxminən 02.00-da Tel-Əvivin "Ben Gurion" hava limanına enəcək.
http://www.stadium.az/

Комментариев нет:

Отправить комментарий