Yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının cüdoçuları İsmayıllı rayonuna təlim-məşq toplanışına yollanıblar. Olimpiya.az AzərTAc-a istinadən xəbər verir ki, iki həftə davam edəcək təlim-məşq toplanışı yığma komandanın məşqçiləri Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında keçiriləcək.
Hazırlıq prosesi iyulun 26-dan 29-dək Türkiyənin Trabzon şəhərində keçiriləcək yeniyetmələrin Avropa Olimpiya festivalına hazırlıq məqsədi daşıyır.
Комментариев нет:
Отправить комментарий