Apasport.az saytının məlumatına görə, podiuma çıxan Nailxan Nəbiyev (85 kq) Azərbaycan milli komandasının aktivindəki medalların sayını 10-a çatdırıb. Belə ki, gənc atletimiz birdən qaldırma yarışlarında 146 kq çəkinin öhdəsindən gəlib və kiçik bürünc medal qazanıb. Ardınca təkanla qaldırmada 186 kq çəkinin öhdəsindən gələn həmyerlimiz daha 1 kiçik qızıl medala sahib olub. Yekunda isə 2 hərəkətin cəminə 332 kq çəkini başı üzərinə qaldıran Nəbiyev Avropa çempionu adına layiq görülüb. Lakin 77 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Turan Abdullayev və Tofiq Allahverdiyev yarışı medalsız başa vurub. Onlar müvafiq olaraq, 4-cü və 13-cü yeri tutub. Qitə birinciliyi davam etsə də, milli komandamız yarışda çıxışını yekunlaşdırıb.
http://www.sonxeber.az/

Комментариев нет:
Отправить комментарий