Loading

суббота, 20 августа 2011 г.

Bundesliqada darmadağın

Futbol üzrə Almaniya çempionatında 3-cü tura darmadağınla start verilib. Olimpiya.az-ın məlumatına görə, “Borussiya” Münhenqladbaxda “Volfsburq”u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Hesabı 13-cü dəqiqədə qonaqlar açsalar da, “Borussiya” fasiləyədək buna 3 dəfə cavab verib. İkinci hissədə daha bir qol vuran münhenqladbaxlılar görüşdə son nöqtəni qoyublar.

Bu oyundan sonra “Borussiya” 7 xalla 1-ci yerə yüksəlib. “Volfsburq” isə 3 xalla 11-ci pillədə qalıb.

Комментариев нет:

Отправить комментарий