“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman istefa verib. Olimpiya.az-ın məlumatına görə, türkiyəli mütəxəssis İstanbul klubunun Avropa kuboklarından uzaqlaşdırılmasından sonra bu addımı atıb. Türkiyə Futbol Federasiyası ötən mövsüm danışılmış oyunlarla bağlı araşdırmadan sonra “Fənərbaxça”nın Çempionlar Liqasının qrup mərhələsinə buraxılmamağı haqda qərar qəbul edib.
Qeyd edək ki, Aykut Kocaman “sarı-lacivərdlilər”ə ötən mövsümdən rəhbərlik edirdi. O, komandasına ilk cəhddə Türkiyə çempionluğunu qazandırmışdı.
http://www.olimpiya.az/

Комментариев нет:
Отправить комментарий