Loading

вторник, 23 августа 2011 г.

Napolinin prezidenti Azərbaycana qarşı çıxır?


İtaliyanın “Napoli” klubunun prezidenti Dino de Laurentis maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının iştirakçılarının siyahısına yenidən baxmağı məsləhət görüb:

“Fikrimcə, Mişel Platini elə sxem təşkil etməlidi ki, Çempionlar Liqasında daha çox ölkə çempionları iştirak etməlidilər və onlara hazırda qazandıqlarından daha çox vermək lazımdı”.
 
O, həmçinin maraqlı bir fikir də səsləndirib: “Transfer bazarına da güclü nəzarət lazımdı. Amma belə Azərbaycandan hansısa varlı bir şəxs gəlir və transfer bombasını partladır”.
 
Sonda qeyd edək ki, Laurentis bu açıqlamasında böyük ehtimalla Dağıstandan olan milyonçu Süleyman Kərimovu nəzərdə tutur. Bir müddət öncə “Anji”ni himayəyə götürən bu şəxs son dövrlər artıq xeyli ulduz futbolçunu Mahaçqala klubuna aparıb və hazırda kamerunlu hücumçu Samuel Etonun keçidini həll etmək üzrədi.

http://www.azerisport.az/

Комментариев нет:

Отправить комментарий