Rikardo Kaka: "Heyətdə perspektivli və güclü yerli oyunçularımız var"
Yeni mövsüm hazırlıqlarını davam etdirən "Neftçi" İSM futzal klubu hazırlığın ikinci planını Belarusun paytaxtı Minskdə sürdürəcək.
Komandanın hazırlıq planı barədə ətraflı məlumat öyrənmək üçün baş məşqçi Paulo Rikardo Kaka ilə əlaqə saxladıq.
Braziliyalı çalışdırıcı Minskə yollanmamışdan öncə Premyerliqa.az saytına komandanın hazırlıq planı barədə məlumat verdi: "Fiziki hazırlığı Bakıda yerinə yetirmişik. Minskə yollanmağımızın əsas səbəbi taktiki gedişlər üzərində işləmək, yoxlama görüşlərində qüvvəmizi sınamaqdır. Təxminən on gün müddətində orada olacağıq.
Bu müddət ərzində Belarus çempionatında mübarizə aparan güclü rəqiblərlə üç yoldaşlıq görüşü keçirməyi planlaşdırmışıq.
Heyətlə bağlı da bir sıxıntımız yoxdur. Milli komandanın düşərgəsində Latviyada olan Rüfət Balakişiyev və Seymur Məmmədov da artıq heyətə qoşulub.
Heyətimizə yeni cəlb etdiyimiz futzalçılar arasında Fərid Atakişiyev, Seymur Məmmədov, Asif Zeynalovun da adlarını çəkə bilərəm. Onların da komandamıza kömək ola biləcəklərinə əminəm".
Braziliyalı mütəxəssis yeni mövsüm çempionluğa oynayacaqlarını, lakin legionersiz bunun çox çətin olacaqını bildirdi: "Komanda rəhbərlərinin verdiyi qərarla qarşıdaki mövsüm ancaq yerli futzalçılarla mübarizə aparacağıq. Çempionluğa oynamaq istəyirik. Ancaq bilirəm ki, bu çətin olacaq.
Çünki ötən mövsüm 5 braziliyalı ilə çempionluğa oynamaq belə çətin alındı. Bu il də legionersiz çox çətin olacaq. Amma neyləmək olar, komanda rəhbərlərinin atdığı addım bu cürdür. Heyətimizdə perspektivli və güclü yerli oyunçular var. Həmin yerlilərlə də yüksək pillələrə oynaya bilərik".
http://www.premyerliqa.az/

Комментариев нет:
Отправить комментарий