Əvəzedici heyətlərin çempionatında III tura yekun vurulub. Olimpiya.az-ın məlumatına görə, turun son matçında “Neftçi” qələbə qazanıb. “Ağ-qaralar” ev oyununda "Sumqayıt Şəhər" klubuna 2:0 hesabı ilə qalib gəlib. Paytaxt komandasının qollarına Nicat Qurbanov (d.40) və Ağabala Ramazanov (d.54) imza atıb. Bu uğurdan sonra “Neftçi” 7 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib. Zirvədə isə 9 xala malik “Qəbələ” qərarlaşıb.
Комментариев нет:
Отправить комментарий