Loading

суббота, 20 августа 2011 г.

Nikolov: "Belə getsə, çempionatdan çıxacağıq"


“Hər şeyi özünüz gördünüz. Hakimlər qapımıza 2 penalti təyin etdilər və bunların ikisi də mübahisəli idi”. Olimpiya.az-ın məlumatına görə, bunu “Bakı” ilə oyundan sonra “İnter”in prezidenti Georgi Nikolov deyib.

Nikolov “bankirlər”in çempionatdan çıxmağının mümkünlüyünü də bildirib: “Mən demirəm ki, biz “Bakı”dan güclüyük. Amma hakimlər belə bir oyunu əməlli-başlı korladılar. Qoy belə referilər uşaqlar arasında oyunlarda təcrübə toplasınlar. Onları ələ salsınlar, sonra bizim oyunlara gələrlər. Belə çempionatda iştirak eləməmək daha yaxşıdır. Belə getsə, çempionatdan çıxacağıq”.

Комментариев нет:

Отправить комментарий