Bakı” ilə oyunu yarımçıq tərk edən “İnter”i ağır cəza gözləyir. Azerisport.az xəbər verir ki, çempionatın əsasnaməsinə əsasən bank klubu böyük məbləğdə cərimə ödəyəcək.
Əsasnaməyə görə ki, bu kimi hal birinci dəfə baş verdikdə klub 40 min manat cərimə olunur. Təkrar halda isə cərimənin məbləği 200 min manata qədər artır.
Həmçinin oyunun başa çatmamasına səbəb olan komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir.
Bundan başqa “İnter”in prezidenti, baş məşqçisi, iğtişaşda iştirak edən digər rəsmi şəxsləri və futbolçularını ağır cəzalar gözləyir.
Olayla bağlı AFFA İntizam Komitəsi qərar verəcək. Bu haqda saytımıza açıqlamasında PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, PFL prezidenti Ramin Musayev hazırda sağlıq durumu ilə əlaqədar Bakıdan kənardadı.

Комментариев нет:
Отправить комментарий