Zədəli futbolçuların çoxluğundan əziyyət çəkən "Qarabağ"ın Rəşad Sadiqovla Əfran İsmayılovun milli komandanın avqustun 22-dən 24-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməməsi ilə bağlı müraciəti nəticəsiz qalmayıb. Stadium.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. İbrahimovun sözlərinə görə, AFFA klubun müraciətindən sonra güzəştə gedib.
Federasiya əvvəlcə toplanışı avqustun 25-də yekunlaşdırmaq istəyib. Lakin müracitdən sonra hazırlıq prosesinn müddəti bir gün azaldılıb.
Beləliklə, "Qarabağ"lı futbolçular da daxil olmaqla, təlim-məşq toplanışına çağırılmış oyunçular avqustun 24-dək baş məçqçi Berti Foqtsun sərəncamında olacaqlar.
Qol.Az
Комментариев нет:
Отправить комментарий