Loading

четверг, 25 августа 2011 г.

Qurban Qurbanov Qəbələ ilə oyun öncəsi sevindi


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 4-cü turunun “Qəbələ” ilə qarşıdan gələn oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Böyük ehtimalla bu oyunda Əfran İsmayılovla Rəşad Sadiqov da iştirak edəcək. Onlar artıq zədələrini sağaldıblar. Onların sıraya dönüşünə çox sevinirik. Nəzərə alsaq ki, heyətimizdə başqa itkilər də var, bu, bizim üçün çox önəmlidi. Amma istənilən halda “Qəbələ” ilə oyunumuz çox çətin alınacaq. Ancaq yaxşı nəticəyə ümid edirik. Qələbə qazanmağa çalışacağıq”.

Комментариев нет:

Отправить комментарий