Bu gün Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisiVaqif Sadıqovun çalışdığı “Anji” doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşır.
Qeyd edək ki, həmyerlimizin komandasının işləri bu mövsüm heç də pis getmir. Hər halda 33 xala malik Mahaçqala klubu 6-cı pillədə qərarlaşıb. Moskva təmsilçisi isə onlardan 5 xal qabaqdadı və 3-cü yerdə gedir.
Maraq üçün onu da vurğulayaq ki, Sadıqovun komandası əslən azərbaycanlı olan futbolçunun çıxış etdiyi kluba qarşı mübarizə aparacaq. “Dinamo”nun heyətində yarımmüdafiəçi Aleksandr Səmədov çıxış edir.
Rusiya Premyer Liqası
21-ci tur
21 avqust
22:00. Anji - Dinamo (Moskva)

Комментариев нет:
Отправить комментарий