Loading

понедельник, 1 августа 2011 г.

Əsədov yalan danışır, yoxsa onu istefaya məcbur ediblər?



http://www.stadium.az/

Çempionlar Liqasında Zaqreb "Dinamo"su ilə görüşlərdəki uğursuzluqdan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bir neçə gün əvvəl istefa ərizəsi ilə klub prezidentinə müraciət edib. StadiumöAz saytı xəbər verir ki, komandanın prezidenti Sadıq Sadıqov istefa ərizəsini qəbul etməyərək, baş məşqçiyə düşünməyi məsləhət görüb.
Arif Əsədov Çempionlar Liqasındakı uğursuzluqdan sonra komandadakı psixoloji gərginlik, "Neftçi"nin daha böyük zəfərlər qazanmasına layiq olduğunu və bir qədər də dincəlmək istədiyini bildirərək, istefa ərizəsinin qəbul olunmasını xahiş edib. Müzakirələrdən sonra Arif Əsədovun istefa ərizəsi qəbul olunub.

Əsədov bununla bağlı fikirlərini bildirib: "İlk növbədə mənə etibar edib, komandaya baş məşqçi təyin etdiyinə görə "Neftçi"nin prezidenti Sadıq Sadıqov başda olmaqla, klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. İl yarım müddətdə "Neftçi" üçün çalışdıq, əlimizdən gələni etdik və 6 ildən sonra çempionluğu yaşadıq. "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıram. Yeni baş məşqçi çempionluqla yanaşı, Çempionlar Liqasında uğurlu çıxışı, bu turnirin qrup mərhələsinə düşmək haqqında düşünməlidir. Komandaya gələcək baş məşqçiyə də uğurlar arzulayıram".
Yeri gəlmişkən, bu gün günorta saatlarında Arif Əsədovun komandadan getməsi  barədə oxuculara məlumat vermişdik.  Amma Əsədov bunu təkzib etmişdi.
«Neftçi»dən getməmişəm, işimə davam edirəm» sözlərini söyləyən Arif bəyin dürüstlüyü budur? Buradan ortaya iki sual çıxır, ya Əsədov ikiüzlülük edir, yada istefa verməyib, onu buna zorla məcbur ediblər.

Комментариев нет:

Отправить комментарий