"Neftçi" icarəyə verdiyi daha bir futbolçusunu geri qaytarıb. Stadium.az xəbər verir ki, hücumçu Fərid Quliyevin ardınca müdafiəçi Tural Nərimanov komandaya dönüb.
Gənclər yığmamızın sabiq üzvü, milli komandamıza da cəlb olunan Nərimanov "Neftçi"nin son məşqlərinə qatılıb. Onunla klub rəhbərliyi arasında ilkin danışıq olsa da, hələ ki rəsmi müqavilə imzalanmayıb. Tərəflər arasında rəsmi sənəd yaxın günlərdə qüvvəyə minəcək.
http://www.stadium.az/

Комментариев нет:
Отправить комментарий