Türkiyənin gənc qızlardən ibarət voleybol üzrə yığması dünya çempionu titulunu qazanıb. Olimpiya.az saytının məlumatına görə, “ay-ulduzlular” Türkiyənin paytaxtı Ankarada təşkil olunan yarışın finalında Çin milli komandasını məğlub edib - 3:0 (25:19; 25:17; 25:22). Beləliklə, türkllər voleybol tarixlərində ilk dəfə dünya çempionluğu sevincini yaşayıblar.
Xatırladaq ki, qardaş ölkənin voleybolçuları bu titulu 2007-ci ildə Meksikada keçirilən analoji yarışda qazana bilərdilər. Ancaq həmin vaxt məhz Çin yığması “ay-ulduzlular”a 3:1 hesabı ilə qalib gələrək, dünya çempionu olmuşdu.
Комментариев нет:
Отправить комментарий