Loading

воскресенье, 25 сентября 2011 г.

Ançelotti Premyer Liqaya qayıdır (AZE)



Karlo Ançelotti “Tottenhem” klubunun baş məşqçisi ola bilər. Olimpiya.az-ın məlumatına görə, bu, londonluların hazırkı çalışdırıcısı Harri Rednapın İngiltərə milli komandasının sükanı arxasına keçəcəyi halda baş verəcək.

Yığmanın indiki baş məşqçisi Fabio Kapello Avro-2012-dən sonra vəzifəsindən gedəcəyini bildirib. Bundan sonra bu vəzifəyə ən real namizəd kimi Harri Rednapın adı çəkilir.

Qeyd edək ki, Rednap müsahibələrindən birində İngiltərə milli komandasında çalışmaq arzusunu bildirsə də, rəsmi təklif almadığını demişdi. “Çelsi”dən qovulan Ançelotti isə yenidən Premyer Liqada işləmək istəyində olduğunu biruzə vermişdi.

Комментариев нет:

Отправить комментарий