Loading

среда, 14 сентября 2011 г.

Avstriya yığması Bakıya baş məşqçisiz gələcək


Oktyabrın 7-də Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq Avstriya milli komandasının baş məşqçisi Ditmar Konstantini istefa verib. Olimpiya.az saytının məlumatına görə, o, seçmə mərhələnin sonuna qədər olan müqavilənin başa çatmasını gözləmiyib. İstefaya səbəb avstriyalıların seçmə mərhələd zəif çıxş etmələridir. Hazırda Avstriya yığması 8 xalla qrupda 4-cü yeri tutur və qitə çempionatına getmək şansı yoxdur.

“Bu çox gözəl dövr idi. Şadam ki, Avstriya yığmasına yeni gənc oyunçular cəlb edildi. Xüsusilə federasiya rəhbərliyinə və məşqçi korpusuna təşəkkür etmək istəyirəm” - deyə Konstantini vurğulayıb.

Hələlik yeni baş məşqçinin adı məlum deyil. Avstriyalıları yığmamızla görüşə idman direktoru Villi Ruttenştayner çıxaracaq.

Комментариев нет:

Отправить комментарий